Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:54

İsraildə parlament buraxılıb, Netanyahu yeni ittihamlarla üzləşib (Video)


 Benjamin Netanyahu kabinetin iclasında
Benjamin Netanyahu kabinetin iclasında

İsraildə yeni siyasi böhran yaranıb. Reuters yazır ki, buna görə, 2019-cu il aprelin 9-da ölkədə vaxtındanəvvəl parlament seçkisi təyin edilib.

Parlamentin buraxılmasına səbəb, orduya çağırış barədə yeni qanun layihəsinə görə yaranmış siyası böhran olub.

Yeni qanun layihəsində, qatı-ortodoks yəhudilərin orduya çağırılmaması barədə bəndin ləğvi nəzərdə tutulur.

Israildə erkən seçki keçiriləcək, Netanyahu yeni ittihamlarla üzləşib
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Amma bir çox ölkə sakinləri hesab edirlər ki, baş nazir Benjamin Netanyahu bununla məhkəmədən yayınmağa çalışır.

Belə ki, baş nazir hazırda 3 korrupsiya işi ilə bağlı yeni qalmaqalla üzləşib.

Amma Netanyahu deyir ki, heç bir qanun pozuntusuna yol verməyib.

Yaxın bir neçə həftə ərzində ona qarşı rəsmi ittihamlar irəli sürülməlidir.

Amma bəziləri hesab edirlər ki, baş prokuror, məhkəmə prosesinin seçkinin gedişinə təsir etməməsi üçün, buna tələsməyəcək.

Düzdür Ədliyyə nazirliyi artıq bəyan edib ki, ölkədəki siyasi hadisələrdən aslı olmayaraq istintaq davam edəcək.

Son rəy sorğularına görə Netanyahunun “Likud” partiyası növbəti seçkidə 120 yerlik parlamentdə cəmi 32 mandat qazana bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG