Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 18:43

Abşeronda sulu qar gözlənir


Yağış

Dekabrın 28-də Bakı və Abşeron yarımadasında havanın yağıntılı olacağı gözlənir. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağışın az sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.

Dekabrın 28-də Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı istisna olunmur. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə 0-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG