Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:43

Məhkəmə müsavatçını həbsdə saxlayıb


Azad Həsənov
Azad Həsənov

Dekabrın 26-da Xətai Rayon Məhkəməsində “Müsavat” Partiyasının fəalı Azad Həsənov barəsində həbs-qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair müdafiə tərəfinin vəsatətinə baxılıb.

Bu barədə vəkil Osman Kazımov məlumat verib. Onun szölərinə görə, hakim vəsatəti qəbul etməyib.

Müdafiə tərəfi qərarı əsassız sayaraq apelyasiya şikayəti verəcəyini bildirib.

Vəkil əlavə edib ki, A.Həsənova ailəsi və yaxınları ilə görüşə, telefonla danışmağa imkan vermirlər.

O.Kazımov deyib ki, qanunsuz həbs və hüquqların məhdudlaşdırılması ilə bağlı Avropa İnsan haqları Məhkəməsinə iki şikayət hazırlayacaq.
Vəkilin bu açıqlamasına, hələlik, Penetensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azad Həsənov 2014-cü ildən Litvada mühacirt həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədi ilə bu ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb. Müdafiə tərəfinin bildirməsinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4-cü (külli miqdarda qanunsuz narkotik vasitələrin dövriyyəsi) maddəsi ilə cinayət işi qaldırılıb. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürdükdə A.Həsənov onun Seçki Qərargahının üzvü olub. Müsavat Partiyası bəyanat verərək onun həsbsinin qurma işə sökəndiyini, siyasi motivli oldğunu bəyan edib. Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edilməsinə dair iddiaları qəbul etmirlər.

XS
SM
MD
LG