Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 22:09

Kişi polislərə qarşı cinsi qısnama iddiaları səslənir


Britaniya polisi
Britaniya polisi

Son altı ildə Britaniyada yüzlərlə adam kişi polis əməkdaşlarına cinsi qısnama iddiaları səsləndirib. Bunu “The Guardian” qəzeti informasiya azadlığı qanunlarından faydalanaraq apardığı araşdırmaya əsasən üzə çıxarıb. Britaniya polisinin öz əməkdaşlarından və ictimaiyyətdən 450-dək şikayət aldığı ortaya çıxıb. Buraya aparıcı detektivlər və müfəttişlərə qarşı ittihamlar da daxildir.

Çox az hallarda polis əməkdaşları işdən çıxarılıb, bir çox hallarda əməkdaş ya istefa verib, ya da təqaüdə çıxıb.

Qəzet yazır ki, cinsi qısnama iddialarının həqiqi sayı daha artıq ola bilərdi, amma 43 polis qüvvəsindən yalnız 28-i informasiya verib. London polisi də daxil olmaqla çoxu bu informasiyanı verə bilməyəcəyini deyib, ya da müəyyən zaman müddətində sorğunu cavablandırmayıb.

Britaniya polisi
Britaniya polisi

Milli Polis Rəisləri Şurasının peşəkar etika üzrə rəhbəri Julian Williams cinsi qısnamanın kökünün kəsilməsinin vacibliyini vurğulayıb.

Bu davranış etika kodeksindəki yüksək standartlara uyğun gəlmir, polisin hər bir üzvü buna əməl etməlidir”, – o deyib.

SORĞU NƏYİ ÜZƏ ÇIXARIB

Anonim danışan bir qadın polis əməkdaşının sözlərinə görə, qadın polislərin çoxu cinsi qısnamayla üzləşir. “Yersiz şərhlərdən tutmuş seksizmə qədər geniş spektrli məsələlərdən danışırıq. Bu sahədən sözügedən problemin kökü kəsilən deyil və burada mövcudluq səbəbini də bilmirəm”, – o deyib.

Unison həmkarlar ittifaqından Ben Priestley isə belə davranışa müasir iş yerində yer olmadığını vurğulayıb. “Polislə münasibətdə nə işçilər, nə də ictimaiyyət qorxudulmalı, alçalmalıdır. Bu, polis qüvvələrinin icmalarda nəzarət və təhlükəsizliyin təmin olunması məqsədinə ziddir”, – o söyləyib.

Unison İngiltərə, Uels və Şotlandiyada 1800 polis əməkdaşı arasında sorğu keçirib. Rəyi soruşulanların yarısı deyib ki, seksual zarafatlar eşidiblər. Hər beş nəfərdən biri isə həmkarından seksual məzmunlu email, yaxud tekst aldığını deyib.

Hər 25 nəfərdən biri cinsi əlaqəyə girmək üçün təzyiq gördüyünü söyləyib. Hər 12 nəfərdən birinə deyilib ki, cinsi iltifat əvəzində üstün yanaşma görə bilər.

Unison-un aradırmasına rəhbərlik etmiş professor Jennifer Brown bunu polis qüvvəsində “gizli problem” adlandırıb.

İngiltərə və Uelsdə qadınlar polis qüvvəsinin 29,8%-ni təşkil edir. Onların 6 min 400-dən çoxunun rütbəsi serjantdan yuxarıdır.

XS
SM
MD
LG