Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:38

Külək, yağış, qar gözlənir


Yağış

Dekabrın 27-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti proqnozlaşdırılır.

Dekabrın 27-də Azərbaycanın bəzi rayonlarında da yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda isə yağıntının qara keçəcəyi ehtimalı var. Gecə 2-6, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG