Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 05:20

Çində vəkilin məhkəməsi başlanıb


Çin, arxiv fotosu

Çinin şimalında insan haqları vəkili Wang Quanzhang-ın məhkəməsi başlanıb. O, üç il öncə, fəallara qarşı təzyiq kampaniyası çərçivəsində saxlanıb.

Dekabrın 26-da məhkəmənin binasını 20-dən çox mülkigeyimli polis qoruyub.

Məhkəmə qarşısında etiraz edən iki fəal hadisə yerindən uzaqlaşdırılıb, jurnalistlər, xarici diplomatlar, vəkilin tərəfdarlarına isə binaya yaxınlaşmağa icazə verməyiblər.

42 yaşlı Wang dövləti devirmək cəhdində ittiham olunur, ona ömürlük həbs kəsilə bilər.

O, 2015-ci ildə saxlanmış 200-dən artıq vəkildən, insan haqları fəalından biridir.

Wang Fengrui hüquq firmasının üzvüdür, bu şirkət saysız həssas işləri araşdırıb, hakim Kommunist Partiyasının tənqidçilərini məhkəmələrdə müdafiə edib.

Vəkilin həya yoldaşı Li Wenzu deyir ki, təhlükəsizlik xidməti ona ərinin məhkəməsində iştirak etməyə icazə verməyib. Li ərinin buraxılması üçün yorulmadan kampaniya aparır.

Çində insan haqları xadimlərinin məhkəmələri adətən Milad bayramına salınır, çünki bu zaman Qərb diplomatlarının və jurnalistlərinin çoxu tətildə olur.

XS
SM
MD
LG