Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:23

Suriyada İsrail raketləri vurulub


Arxiv fotosu

Suriya dövlət mediası ölkənin hava qüvvələrinin İsrailin atdığı bir neçə raketi vurduğunu, üç əsgərinin isə yaralandığını xəbər verir.

SANA dövlət xəbər agentliyinin dekabrın 25-də bildirməsinə görə, İsrail təyyarələrinin atdığı raketlərin çoxu hədəfə dəymədən vurulub.

Ancaq silah deposunun vurulduğu, üç əsgərin yaralandığı xəbər verilir.

İsrail ordusu isə rəsmi Twitter hesabında yazıb ki, “havadan müdafiə sistemi Suriyadan atılmış təyyarə əleyhinə raketə cavab olaraq işə salınıb”.

Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı isə bildirir ki, raketlər Livan əraziləri üzərindən endirilib, Dəməşqin qərbində və cənub-qərbində kənd yerlərini hədəfə alıb.

2011-ci ildən Suriyada vətəndaş müharibəsi gedir. Rusiya və İran bu müharibədə Prezident Bashar al-Assadı dəstəkləyir. İsrail Tehranın bu ölkədə mövqelərini möhkəmləndirməsindən narahatdır, məhz İran qüvvələrinin yerləşdiyi obyektləri vurduğunu bildirir.

XS
SM
MD
LG