Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:37

Silahlılar Karaçidə pakistanlı siyasətçini öldürüb


Karaçi, arxiv fotosu

Dekabrın 25-də axşam naməlum silahlılar Karaçidə pakistanlı siyasətçiyə evinin qarşısında atəş açıblar. Polis silahlıların hadisə yerindən qaçdığını bildirir.

46 yaşlı keçmiş deputat Ali Raza Abidi hücumda yaralanıb, daha sonra xəstəxanada keçinib. O, hadisə baş verən zaman avtomobilində tək olub. Onun dörd güllə yarası aldığı bildirilir.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Polis hücum baş verən ərazini mühasirəyə alıb.

Muttahida Qaumi Hərəkatı partiyasının keçmiş lideri olan Abidi 2013-cü ildə parlamentə seçilmişdi.

XS
SM
MD
LG