Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

ABŞ hökuməti nə vaxtadək qapalı qalacaq – Qərb mediası


Donald Trump hərbçilərə bayram təbrikini çatdırır
Donald Trump hərbçilərə bayram təbrikini çatdırır

Birləşmiş Ştatlar hökuməti “hasar tikilənədək” qapalı qalacaq. Bunu Prezident Donald Trump deyir.

Söhbət Birləşmiş Ştatların Meksikayla sərhədə çəkmək istədiyi hasardan gedir. Trump bu tikintiyə vəsait ayrılmasını istəyir, demokratlar imtina edir.

“Fox News” xəbər verir ki, Trump dünən jurnalistlərə daha bir açıqlama verib – o, yanvarın sonunda Texasda sərhədə gedəcək, layihənin bir hissəsinin “təməlqoyma mərasimi”nə qatılacaq.

Vəsait uğrunda savaşdığımız dönəmdə həm də tikirik, ümid edirəm ki, bunu gerçəkləşdirəcək, tamamlayacağıq”, – prezident vurğulayıb.

Ağ ev ötən həftəsonu xəbərdarlıq edib ki, hökumətin bağlanması – “şatdaun” yeni ilədək uzana bilər.

ABŞ-ın Meksikayla sərhədi
ABŞ-ın Meksikayla sərhədi

Hökumətin nə vaxt açılacağını sizə deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, hasar tikilməyincə bu baş verməyəcək”, – o söyləyib.

“Bu, adamların ölkəmizə axınının qarşısını almaqdan ötrüdür, narkotiklərə qarşı səddir”, – Trump vurğulayıb.

Prezident demokratları sərhədləri açmaq istəyində qınayıb, federal işçilərin bəzilərinin onun tərəfində olduğunu iddia edib.

Trump israr edir ki, qanunsuz immiqrantların Birləşmiş Ştatlarla girişini önləmək səmərəli olardı.

Demokratların liderləri isə Milad ərəfəsində deyiblər ki, “şatdaunu prezident istəyib, ancaq görünür, bundan necə çıxacağını bilmir”.

ABŞ Rusiyayla sərhədə ‘yüksək dəqiqlikli silah yığır’

Rusiya Federasiyasının Hərbi Dəniz Donanmasının komandiri, admiralı Vladimir Korolev bəyan edib ki, Birləşmiş Ştatlar Rusiyayla sərhəd dəniz akvatoriyalarına yüksək dəqiqlikli strateji qeyri-nüvə sistemləri cəmləyir.

Rusiya Prezidenti Vladimir Putin admiral Vladimir Korolev-lə söhbət edir
Rusiya Prezidenti Vladimir Putin admiral Vladimir Korolev-lə söhbət edir

Admiralın deməsinə görə, gələn il Rusiya donanması dünya okeanında mövcudluğunu saxlayacaq, çünki ABŞ və NATO ölkələri Rusiya sərhədləri yaxınlığında operativ və döyüş hazırlığını kəskin artırırlar.

Korolev qeyd edib ki, Rusiya donanmasının gələn il dünya okeanında mövcudluğu dəniz və okean istiqamətlərində istənilən təhdidi önləməyə imkan verəcək. Onun sözlərinə görə, hazırda dənizdəki tapşırıqları Rusiyanın 100-ə yaxın döyüş gəmisi, müxtəlif siniflərə aid gəmiləri yerinə yetirir.

Bu açıqlamaya ABŞ tərəfindən, hələlik, münasibət bildirilməyib.

“Vesti.ru” yazır ki, daha öncə ABŞ-da “ildırımsürətli qlobal zərbə” konsepsiyasının hazırlanması barədə məlumat yayılıb. Bu konsepsiya düşmənin vacib hərbi obyektlərinin qeyri-nüvə yüksəkdəqiqli silahla vurulmasını nəzərdə tutur. TASS qeyd edirdi ki, belə zərbələr sualtı qayıqlarda və gəmilərdə yerləşdirilmiş qanadlı raketlər, eləcə də sualtı qayıqlardakı ballistik raketlər vasitəsilə endirilə bilər.

İndoneziya pop qrupunun sağ qalmış üzvü arvadını da dəfn edib

İndoneziya pop qrupunun sunamidən salamat çıxmış yeganə üzvü dünən – dekabrın 25-də həyat yoldaşını da dəfn edib. Bir gün öncə Riefian Fajarsyah-nın üç həmkarı dəfn olunub.

İndoneziya sunamidən sonra
İndoneziya sunamidən sonra

“New York Post” yazır ki, “On yeddi” qrupunun üzvü olan Fajarsyah arvadı, 26 yaşlı Dylan Sahara-nın tabutunu sığallayan yerdə videosunu Instagram-da yerləşdirib.

“Sənsiz necə yaşaya bilərəm?” – 35 yaşlı Fajarsyah yazıb.

Sunami baş verən zaman pop qrup Cava adasında çimərlikdə çıxış edirmiş.

İndoneziyalı aktrisa olan xanım isə konsert zamanı həlak olmuş onlarla adamdan biridir. Onun cəsədi bazar ertəsi xəstəxanada müəyyənləşdirilib.

Qrupun digər üzvləri Wisnu Andi Darmawan, Muhammad Awal Purbani, Herman Sikumbang, meneceri Oki Wijaya və komanda üzvü Rukmana Rustam da təbii fəlakətdə həlak olublar.

Emosional Fajarsyah dostlarından və azarkeşlərindən xahiş edib ki, həyat yoldaşı ilə olan fotoları varsa, ona göndərsinlər, çünki hər ikisinin mobil telefonları itib. Cütlük 2016-cı ildə evlənmişdi.

Sunamidə ölənlərin sayı 400-ü keçib.

XS
SM
MD
LG