Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 18:15

ABŞ-da gələcək mühacirin övladı vəfat edib


ABŞ-Meksika sərhədi

Qvatemaladan 8 yaşlı oğlan ABŞ-ın cənub-qərbindəki Nyu Meksiko ştatında dünyasını dəyişib. ABŞ rəsmilərinin bildirməsinə görə, uşaqda “potensial xəstəlik əlamətləri” olub, o, dekabrın 24-də gecə xəstəxanada vəfat edib.

Qvatemala Xarici İşlər Nazirliyinin məlumatına görə, oğlan atasıyla dekabrın 18-də Texasa daxil olub və Nyu Meksikoya aparılıb.

Oğlanın və atasının kimliyi açıqlanmır.

Bu, dekabrda Birləşmiş Ştatların himayəsində vəfat edən artıq ikinci uşaqdır.

Prezident Donald Trump ölkənin Meksikayla sərhədinə hasar çəkilməsini istəyir, Konqresdəki demokratlar isə bu layihəyə pul ayırmaq istəmir. Bu qarşıdurma dekabrın 21-də ABŞ hökumətinin qismən bağlanmasıyla sonuclanıb.

XS
SM
MD
LG