Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 13:27

Tehranda saxlanmış akademik Londona qayıdıb


Abbas Edalat

Təhlükəsizlik ittihamları ilə Tehranda saxlanmış İran əsilli britaniyalı akademik Londona qayıdıb. Bu haqda Britaniyanın Xarici İşlər Nazirliyi dekabrın 25-də məlumat yayıb.

Londonun İmperial Kollecinin kompüter elmləri və riyaziyyat üzrə professoru Abbas Edalat apreldə İranda saxlanmışdı, onun “nüfuzetmə şəbəkəsi”ndə rolu olduğu iddia edilirdi.

Sanksiyalara və İrana Hərbi Müdaxiləyə qarşı Kampaniya xeyriyyə təşkilatı Edalatın ötən həftə buraxıldığını bildirib.

Akademik saxlananda İranın xəbər agentliyi onun Britaniyanın casus “şəbəkəsi”nin üzvü olduğunu bildirmişdi. Şəbəkə üzvlərinin müəyyənləşdirilərək saxlandığı xəbər verilirdi.

Müharibəyə etiraz qrupu olan kampaniya vebsaytında yazıb ki, Edalatın saxlanması “dezinformasiya, İranın təhlükəsizlik aparatı tərəfindən anlaşılmazlıq” idi.

İranda saxlanan ikili vətəndaşlıqlı şəxslər arasında xeyriyyə işçisi Nazanin Zaghari-Ratcliffe də var. O, 2016-cı ilin aprelində Tehranda saxlanıb.

Zaghari-Ratcliffe hökumət əleyhinə təbliğat ittihamıyla beş il həbsə məhkum edilib, özü ittihamı rədd edir.

XS
SM
MD
LG