Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:52

Polis zabiti yaşlı qadının evini ələ keçirməkdə suçlanır


Polis

Qaradağ rayonunda sahə müvəkkili işləmiş Vasif Orucov dələduzluq suçlamasıyla hakim önünə çıxarılıb. CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan V.Orucovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Polis zabiti 70 yaşlı Nera Larsinanı aldadıb onun evini ələ keçirməkdə günahlandırılır.

Bu məsələyə görə V.Orucov vəzifəsindən azad edilib. Onun haqqında cinayət işi başlansa da, həbs olunmayıb. İstintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

Dekabrın 25-də məhkəmədə V.Orucovun vəkili vəsatət qaldırıb ki, onun haqqında bu məsələ ilə əlaqədar çıxarılmış vəzifədən kənarlaşdırma qərarı ləğv olunsun. Çünki o, təqsirsizdir və günahı olmadığı halda işini də itirir.

Zərərçəkən qadın özü gəlməyib, məhkəmədə onu vəkili Zaur İbadov təmsil edib. Vəkil isə nəinki təqsirləndirilən polisin işinə bərpasına qarşı çıxıb, hətta onun barəsindəki qətimkan tədbirinin dəyişdirilib həbs olunmasını istəyib. İddia edib ki, V.Orucov azadlıqda qalmaqla şahidlərə təsir göstərə bilər.

Məhkəmə onların heç birinin vəsatətini təmin etməyib.

Zərərçəkənin vəkili 102 manatlıq mülki iddia da qaldırıb. Bildirib ki, bunun 80 mini evə görə dəymiş ziyandır, 22 min manat isə mənəvi ziyan.

Mülki iddia isə icraata götürülüb.

Cinayət işi məhkəmə baxışına verilib. Yanvarın 8-də məhkəmədə təqsirləndirilən polis zabiti ifadə verəcək.

Multimedia

XS
SM
MD
LG