Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:35

Lukashenka və Putin görüşüblər


Vladimir Putin (sağda) və Alexander Lukashenko, arxiv fotosu

Dekabrın 25-də Belarus Prezidenti Alyaksandr Lukashenka Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Tərəflərin enerji qiymətləri, ticarət və digər ikitərəfli məsələlərdən danışdığı xəbər verilir.

Rusiya dövlət mediasının məlumatına görə, onlar dörd saat danışıq aparandan sonra yenidən naharda bir araya gəliblər.

Lukashenka danışıqlardan öncə birgə mətbuat konfransında jurnalistlərə deyib ki, iki prezidentin enerji qiymətləri mübahisəsində razılığa gələcəyinə ümid bəsləyir.

Bu ilin əvvəlində Rusiya vergi sistemini dəyişib, Belarus Rusiya nefti və qazı üçün daha böyük məbləğ ödəməyə başlayıb.

Belarus bu dəyişikliyi tənqid edib, ancaq Moskva iddia edir ki, Minsk digər ölkələrdən daha az ödəniş edir.

Rusiya baş nazirinin birinci müavini Anton Siluanov deyib ki, liderlər “gələcək inteqrasiyaya dair təkliflər hazırlayacaq” işçi qrup yaratmağa razılaşıblar.

Sammitdən öncə Lukashenka deyib ki, iki ölkənin münasibətlərini daha “qardaş əlaqələri” adlandırmaq olmaz, Belarus və Rusiyaya “tərəfdaşlar” demək daha dəqiq olar.

Lukashenka-nın mətbuat katibi Natalya Eismont jurnalistlərə deyib ki, iki prezident “təcili qərarlar verməkdən ötrü” ilin sonunadək bir daha görüşməyə razılaşıblar.

***

Bu gün – dekabrın 25-də Rusiya prezidenti Vladimir Putin Moskva belaruslu həmkarı Alyaksandr Lukashenka ilə görüşəcək. Onlar ikitərəfli münasibətləri və enerjidaşıyıcılarının qiymətini müzakirə edəcəklər.

AzadlıqRadiosu-nun rus xidməti qeyd edir ki, Minsk Rusiyanın neft sektoruna vergiqoyma islahatından narahatdır, çünki bu, Belarusun neft emalı zavodları üçün yanacağın bahalanmasına gətirib çıxaracaq. Gələn il neftin bareli 70 dollar olacağı halda, itkilərin 380 milyon dolları aşacağı gözlənir. Minsk Moskvaya bu itkini kompensasiya etməyi təklif edir.

Belarus ölkəyə nəqlı olunan qazın qiymətindən də narazıdır. Dekabrın əvvəlində Lukashenko demişdi ki, belaruslu istehlakçıya qazın min kubmetri 130 dollara, qonşu Smolensk vilayətində rusiyalılara isə cəmi 70 dollara başa gəlir. Kreml isə buna cavab olaraq Minskin yanacağı bazar qiymətindən ucuz aldığını bildirib.

Putin-Lukashenko danışıqlarından öncə iki ölkənin baş nazir müavinləri görüşməliydi, ancaq görüş alınmayıb. Bundan sonra Rusiyanın baş naziri Dmitry Medvedev deyib ki, Minsk iqtisadi dotasiyalar əldə etməkdən ötrü ciddi güzəştlərə getməlidir. O, güzəştlər sırasında iki ölkənin vahid emissiya mərkəzinin, vahid gömrük, məhkəmə və hesablama palatasının yaradılmasını qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG