Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:36

Roma Papası Milad xütbəsində sülh və qardaşlığa çağırır


Roma Papası dekabrın 25-də ənənəvi "Urbi et Orbi" xütbəsini oxuyub
Roma Papası dekabrın 25-də ənənəvi "Urbi et Orbi" xütbəsini oxuyub

Roma Papası Francis dekabrın 25-də özünün ənənəvi Milad xütbəsində dünyanı “dar xudbin maraqları” bir tərəfə qoyaraq Suriya, Yəmən və başqa qaynar münaqişələrin siyasi həllini tapmağa çağırıb.

Francis müqəddəs Pyotr meydanında hər il etdiyi "Urbi et Orbi" (şəhərə və dünyaya) adlı xütbəsində deyib:

"Mənim mübarək Milad arzum qardaşlıqdır. Hər bir ölkənin və mədəniyyətin nümayəndələri arasındakı qardaşlıqdır. Müxtəlif ideyaların daşıyıcıları arasındakı qardaşlıqdır...Müxtəlif dinlərə sitayiş edənlərin arasındakı qardaşlıqdır”.

Francis xütbəsində Suriya, Yəmən, Afrika, Koreya yarımadası, Ukrayna, Venesuela və Nikaraquada sülhə çağırıb. O habelə israillilər və fələstinlilər arasıında barışığa ümid etdiyini bildirib.

Papa ümid etdiyini deyib ki, Yəməndə sülhün əldə edilməsi 2015-ci ildən bəri 10 min insanın həyatına son qoymuş və 14 milyon yəmənlini ac-yalavac vəziyyətə salmış dağıdıcı müharibəyə son qoyacaq.

O habelə Suriyada 400 min insanın ölümü ilə nəticələnmiş müharibənin sülhlə çözümünə inandığını deyib.

***

Papa Francis inkişaf etmiş dünyanın sakinlərini daha sadə, maddiyyata daha az bağlı həyat sürməyə çağırıb, zənginlərlə yoxsullar arasındakı bölgünü pisləyib.

Francis dekabrın 24-də Vatikandakı Müqəddəs Pyotr bazilikasında ənənəvi milad ərəfəsi müraciətini edib.

82 yaşlı papa deyib ki, İsanın tövlədə kasıblıq içində doğulması hər kəsə həyatın mənasını anlatmalıdır.

“Gəlin özümüzdən soruşaq: Bütün bu maddi şeylər, həyatın mürəkkəb reseptləri mənə həqiqətənmi lazımdır? Bütün bu gərəksiz əlavələr olmadan, daha sadə həyat sürə bilərəmmi?” – papa deyib.

Dekabrın 25-də – Milad günündə isə papa Müqəddəs Pyotr bazilikasının eyvanından ənənəvi “Urbi et Orbi” müraciətini edəcək.

Latın Amerikasından ilk papa olan Francis papalığı dövründə kasıbların problemlərini vurğulaması ilə yadda qalıb.

XS
SM
MD
LG