Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 18:21

Rusiya səfiri: 'Hərbi-texniki əməkdaşlıq inkişaf edəcək'


M.Boçarnikov

«Bakı və Moskva arasında strateji tərəfdaşlıq daha yüksək səviyyəyə qalxır».

«Turan» agentliyinin xəbərinə görə, Rusiyanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov dekabrın 24-də keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, Azərbaycanda ticarət, xidmət, kənd təsərrüfatı və sənaye sahələrində 720-ə yaxın Rusiya-Azərbaycan birgə müəssisəsi fəaliyyət göstərir. Səfirin deməsinə görə, onların fəaliyyəti Rusiya tərəfindən Azərbaycana maliyyə investisiyalarının yüksək səviyyəsini əks etdirir. O vurğulayıb ki, bu rəqəm 4.2 mlrd. dollara çatıb.

«Azərbaycan və Rusiyanın xammal deyil, emal olunmuş məhsullarla ticarət etməsi vacibdir. Rusiya qeyri-xammal məhsulları istehsal edən birgə müəssisələrin işini təşviq edəcək», - deyən səfir iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində hökumətlərarası iqtisadi komissiyanın işini yüksək qiymətləndirib.

«Gələn il regionlararası əməkdaşlığın uğurlu inkişafı davam edəcək. Azərbaycan və Rusiyada iki ölkənin ticarət evləri yaradılır. Üstəlik, onlar regionlarda yaradılır. Azərbaycanın Rusiyanın 80 regionu ilə əlaqəsi var», - Boçarnikov qeyd edib.

O, 2019-cu ildə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın daha da inkişaf edəcəyini gözləyir: «Rusiyanın ali hərbi məktəblərində azərbaycanlı hərbçilər təhsil alır, ildə bir neçə dəfə Rusiya və Azərbaycanın Baş Qərargah rəisləri görüşürlər. Azərbaycan ordusunun nümayəndələri Rusiya ərazisində hərbi müsabiqələrdə fəal iştirak edirlər. Gələn il hərbi-dəniz sahəsinə aid müsabiqələrin bir hissəsi Azərbaycanda keçirilə bilər».

Səfir Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə də toxunub.

«Rusiya ATƏT-in Minsk qrupunun üzvü kimi (digər üzvlər ABŞ və Fransadır) belə əlaqələrə yardım göstərəcək. Gələn il yanvarda Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin rəhbərlərinin növbəti görüşü planlaşdırılır», - səfir bildirib.

Xatırlatma

Bu il prezident İlham Əliyev Rusiyaya rəsmi səfəri zamanı prezident Vladimir Putinlə Soçidə görüşmüşdü. O, görüşdən sonra iki ölkə arasında hərbi-texniki əməkdaşlıq barədə danışarkən bildirmişdi ki, Azərbaycan son illərdə şimal qonşusundan 5 milyard dollara yaxın dəyərində silah və hərbi texnika alıb. Ancaq Rusiya Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanla gərgin münasibətləri olan Ermənistana da silah satır. Üstəlik, Azərbaycan müxalifəti iddia edir ki, Rusiya Ermənistana Azərbaycanla müqayisədə güzəştli şərtlərlə silah satır. Hətta müxalifət Rusiyadan alan silahların keyfiyyətinə də şübhə bəsləyir.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla 20 faiz ərazisi işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG