Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:48

101-ci köçkün şəhərciyinin açılışı olub


Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksi

Bu gün, dekabrın 24-də Abşeron rayonunda 1000 məcburi köçkün ailəsindən ötrü tikilmiş yeni yaşayış kompleksi istifadəyə verilib.

Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva kompleksin açılışına qatılıblar.

AZƏRTAC-ın xəbərinə görə, mərasimdə bildirilib ki, kompleksin inşasına bu ilin martında başlanıb. Layihə üzrə 23-ü 42, biri isə 35 mənzilli olan 7-mərtəbəli yaşayış binaları inşa olunub. Məktəb və uşaq bağçasının daxil olduğu yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb.

Habelə vurğulanıb ki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlərə salınan sayca 101-ci şəhərcikdir. Bu şəhərcikdəki mənzillərin 77-si birotaqlı, 420-sı ikiotaqlı, 406-sı üçotaqlı, 100-ə yaxını isə dördotaqlıdır.

İ.Əliyev və M.Əliyeva yeni kompleksdəki mənzillərdə yaradılan şəraitlə tanış olublar.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla 20 faiz ərazisi işğal edilib, yüz minlərlə insan köçkün düşüb.

Onlar Bakıda və ölkənin başqa ərazilərində məskunlaşıblar.

İndiyədək açıqlanmış rəsmi məlumatlara görə, bütünlükdə ölkədə qaçqın və köçkünlərin sosial problemlərinin həllində 6 milyard manatdan artıq vəsait xərclənib. Ancaq bəzi ekspertlər vurğulayırlar ki, deyilən vəsaitlərin xərclənməsi zamanı şəffaflıq qorunmayıb.

Multimedia

XS
SM
MD
LG