Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:26

İsrail Suriyada İranı ‘önləyə bilər’


Benjamin Netanyahu

İsrail İranın Suriyada mövqelərini möhkəmləndirməsini önləməyə çalışacaq, ABŞ Prezidenti Donald Trump-ın Amerikanın bütün əsgərlərini Suriyadan çıxarmaq qərarı onu bu yoldan döndərməyəcək. Bunu İsrailin Baş naziri Benjamin Netanyahu deyir.

2 min ABŞ əsgərini Suriyadan çıxarmaq qərarı bizim davamlı siyasətimizi dəyişməyəcək”, – Netanyahu dekabrın 23-də deyib.

“İranın Suriyada hərbi baxımdan möhkəmlənmək səylərinə qarşı fəaliyyətimizi davam etdirəcəyik, orada hərəkətlərimizi gərəkən səviyyədə genişləndirəcəyik”, – Netanyahu söyləyib.

Trump dekabrın 19-da ABŞ əsgərlərini Suriyadan çıxaracağını açıqlayıb və onun bu bəyanatı geniş tənqidə səbəb olub.

ABŞ hərbçiləri 2015-ci ildən Suriyadan İslam Dövləti (İŞİD) terror qrupuyla savaşan ərəb və kürd döyüşçüləri dəstəkləyir.

Tənqidçilərin fikrincə, ABŞ-ın Suriyadan çıxması kürd qüvvələrinə xəyanət, Suriyada İran və Rusiyanın qələbə çalması deməkdir.

2011-ci ildən Suriyada vətəndaş müharibəsi gedir. Rusiya və İran bu müharibədə Prezident Bashar al-Assadı dəstəkləyir. Birləşmiş Ştatlar və Türkiyə isə müxtəlif üsyançı qrupların arxasında durur.

XS
SM
MD
LG