Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:46

Bakıda “Məhbəsə kitab sovqatı” aksiyası keçirilib (Video)


Bakıda məhbuslara kitab aksiyası
Bakıda məhbuslara kitab aksiyası

Bakıda “Məhbəsə kitab sovqatı” aksiyası keçirilib.

Bu gün, dekabrın 22-də Bakıdakı “Caspian Plaza” biznes mərkəzində siyasi məhbus sayılan şəxslərə dəstək aksiyası keçirilib. “Məhbəsə kitab sovqatı” şüarı ilə düzənlənən aksiya həbsdə olan ictimai fəal insanlara mənəvi dəstək məqsədi daşıyır.

Siyasi məhbus sayılanlara dəstək üçün kitab kampaniyası
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Aksiyanı Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup təşkil edib.

Qrupun aksiya ilə bağlı press-relizində yazılır ki, həbsxanada günlər kitabsız keçmir.

“Siyasi məhbusların yeknəsəq keçən günlərini maraqlı etmək üçün bu il də kitab kampaniyası keçiririk. Könlünüzdən keçən bir kitabı götürün və məhbuslar üçün gətirin”, qrup qeyd edir.

Günorta saatlarında başlayan aksiyada siyasi məhbus hesab edilən şəxslərdən ötrü kitablar toplanıb. Siyasi partiya təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, vətəndaşlar aksiyaya qartılıb, məhbuslara çatdırmaqdan ötrü kitab hədiyyə ediblər.

Aksiyaya qoşulanlar gənc ifaçılardan musiqi parçaları da dinləyiblər.

Aksiya bir neçə saat davam edib.

Xatırlatma

Yerli hüquq müdafiəçiləri hazırda Azərbaycanda 150 civarında siyasi məhbusun olduğunu bildirirlər. Onlardan 10-a qədərinin jurnalist, bloqqer olduğu deyilir.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması ilə bağlı fikirləri qəbul etmirlər.

Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG