Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

ABŞ hökuməti büdcəyə görə fəaliyyətini qismən dayandırıb


Vaşinqton
Vaşinqton

ABŞ Konqrsi Federal büdcəni təsdiqləyə bilmədiyindən, hökumətin fəaliyyəti qismən dayandılıb.

Senatorlar, Meksika ilə sərhədə çəkiləcək divarın maliyyələşdirilməsində razılığa gələ bilməyiblər.

Bu layihə prezident Donald Trumpun ideyasıdır.

Nümayəndələr palatası qanun layihəsini təsdiqləsə də onun tərəfdarları Senatda lazımınca dəstək qazana bilməyiblər.

Hər iki palata dekabrın 22-də müzakirələri davam etdirəcəklər.

Senatdakı respublikaçılar çoxluğunun lideri Mitç Makkonell bildirib ki, müzakirələr davam etdiriləcək.

Amma demokratların lideri Cak Şumer “Washington Post”a bildirib ki, onlar müzakirələrə açıq olsalar da divarın çəkilməsinə əlavə pul ayrılmasını qəbul etməyəcəklər.

ABŞ prezidenti Donald Trump bundan əvvəl, hökumətin bağlanmasına görə məsuliyyət daşımaqdan qürur duyacağını bildirmişdi.

Dekabrın 21-də isə “Tvitter”də yazıb ki, hökumətin bağlanmasına görə demokratlar cavabdehlik daşıyır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG