Keçid linkləri

Təcili xəbərlər
2019, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:51

Rusiya konstitusiyasını yandırdığına görə saxlanıb


Yaroslav Lobanov

Uralın Kurqan şəhərində rusiyalı fəal Yaroslav Lobanov 10 sutkalıq həbsə məhkum edilib. O, Rusiya Konstitusiyasının nüsxəsini yandırandan sonra saxlanıb.

Yerli insan haqları fəalı Aleksei Pryanishnikov dekabrın 21-ə deyib ki, Kurqan şəhər Məhkəməsi Lobanovu ictimai toplantı qaydalarını dəfələrlə pozmaqda suçlu bilib.

Lobanov dekabrın 12-də Federal Təhlükəsizlik Xidmətinin Kurqandakı ofisi qarşısında ölkə konstitusiyasının nüsxəsini yandırıb.

Fəal AzadlıqRadiosu-na demişdi ki, bununla “FSB-nin Rusiya ərazisinə yaydığı qorxuya meydan oxumaq” istəyir. O, etirazını bu ilin əvvəlində ekstremizm ittihamları ilə saxlanmış bir qrup fəala həsr etdiyini vurğulayıb.

Lobanov son aylar bir sıra icazəsiz antihökumət etirazlarında iştirak etdiyinə görə saxlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG