Keçid linkləri

Təcili xəbərlər
2019, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:30

Vergi Məcəlləsi: nə və necə dəyişir


Vətəndaşın vergi ödəməyə həvəsi varmı?
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

Vətəndaşın vergi ödəməyə həvəsi varmı?

Ölkə parlamentinin Vergi Məcəlləsinə etdiyi dəyişikliklər işə düşür. Prezident İlham Əliyev dekabrın 20-də həmin dəyişiklikləri təsdiqləyən qanunu imzalayıb.

Dəyişikliklərin əsasən, kənd təsərrüfatı ilə əlaqəli maddələri istisna olmaqla, digərləri gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Dəyişikliklərdə nələr var

Qanun muzdlu işlərdə çalışanların ödədiyi vergilərin məbləği ilə bağlı yeni tənzimləmələri nəzərdə tutur. Bundan sonra neft-qaz sahəsində fəaliyyət göstərməyən özəl sektora aid ödəyicilər o halda vergi verəcəklər ki, aylıq gəlirləri 8 min manatdan çox olsun. 8 min manatadək olan məbləğə vergi hesablanmayacaq. Aylıq əməkhaqqının məbləği 8 min manatı ötənlər həmin məbləğdən artıq olan hissənin 14 faizi həcmində vergi ödəyəcəklər.

Bu qayda gələn ilin əvvəlindən etibarən 7 il müddətində qüvvədə olacaq.

Avtomobil aksizləri artdı

Dəyişikliklərin bir qismi Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri ilə bağlıdır. Minik avtomobillərinin mühərrik gücündən asılı olaraq aksiz dərəcələri yanvarın 1-dən artırılacaq.

Dəyişikliklərə görə, mühərrikin həcmi 2000 kubsantimetrədək olan avtomobillərin mühərrik həcminin hər kubsantimetrinə görə 0.30 manat (hazırda 0.20 manat) aksiz hesablanacaq. Mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsindən ötrü hər kubsantimetrə görə də 5 manat (hazırda 3 manat) aksiz tutulacaq.

Mühərrik həcmi 4000kubsantimetrədək olduqda 5600 manat (hazırda 3400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsindən ötrü də hər kubsantimetrə görə 13 manat (hazırda 8 manat) hesablanacaq. Tutulan aksizlər mühərrikin gücündən asılı olaraq beləcə artacaq...

Bundan sonra həmçinin, Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcəklər.

Dərzilər, ofisiantlar, bərbərlər də yaddan çıxmayıb

Yeni tənzimləmələr iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxsləri də sadələşdirilmiş vergi ödəyicisi kimi tanıyır.

Dəyişikliyə əsasən, ofisiantlar sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ - 30 manat, bərbərlər 20 manat, dərzilər 10 manat ödəyəcəklər.

Siqaret, içki...

Yeni qaydalara əsasən, Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər də aksiz vergisinə cəlb ediləcək. Bu dəyişikliklər Vergi Məcəlləsinin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsində nəzərdə tutulur. Həmin maddəyə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə görə də 3 manat aksiz vergisi tutulacaq. Siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə də aksiz vergisi nəzərdə tutulur.

Tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədindən tutulan 12 manat aksiz vergisi 20 manata qaldırılır.

Sadələşdirilmiş vergi...

Dəyişikliklər ticarət fəaliyyəti ilə məşğul olanları 6 faizlik sadələşdirilmiş vergidən azad edir.

Digər dəyişikliyə əsasən, təqdim edilmiş mallara sadələşdirilmiş vergi bu verginin ödəyicilərinin əldə etdiyi vəsaitin məbləğindən və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanacaq. Hazırda isə bu vergi Bakı şəhəri üzrə 4, digər rayonlar və Naxçıvan Muxtar Respublikası üzrə 2 faizdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG