Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:43

Çexiyada mədən partlayışında 13 nəfər həlak olub


Hadisə yeri

Çexiyada kömür mədənində partlayışda ölənlərin sayı 13-ə çatıb. Bu haqda Çexiya mediası şirkətdəki mənbələrə istinadla yazır.

Dövlətə məxsus OKD şirkəti 800 metr dərinlikdə metan qazının partladığını bildirib. Hadisə dekabrın 20-də Praqadan 300 km şərqdə yerləşın Karvina şəhəri yaxınlığında baş verib.

Son məlumata OKD sözçüsünün münasibətini almaq mümkün olmayıb.

Daha öncə beş nəfərin öldüyü, səkkiz nəfərin itkin düşdüyü bildirilirdi.

Şirkətin məlumatına görə, ölənlərin və yaralıların çoxu ALPEX şirkətindən göndərilmiş polyak mədənçilər olub.

Onlayn xəbər portalı olan idnes.cz yazır ki, ölənlərin 11-I polyak, ikisi çexdir.

XS
SM
MD
LG