Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Gələn il hansı ölkələrdə biznes qurmalı – Qərb mediası


London, arxiv fotosu
London, arxiv fotosu

Britaniyanın Avropa Birliyindən çıxmağı planlaşdırdığı bir dönəmdə ölkənin gələcəyi qaranlıq görünür. Amma biznes mühiti cəlbedici olaraq qalır. Britaniya Forbes dərgisinin 13-cü illik Biznes üçün Ən Yaxşı Ölkələr reytinqində başda gedir. Bu reytinqdə ölkələrin kapital investisiyasına necə ev sahibliyi etdiyi dəyərləndirilir. Artıq ikinci ildir Britaniya reytinqdə birinci yeri tutur.

Britaniyanın qloballaşmış iqtisadiyyatı ticarət, investisiya, kapital axını və son dövrlərin immiqrasiyası baxımından dünyada ən açıq sayılır”, – Moody-nin baş iqtisadçısı Mark Zandi belə deyir.

Reytinqdə 161 ölkə dəyərləndirilir və Britaniya ilk 30 ölkə arasında dərginin istifadə etdiyi 15 kateqoriya üzrə öndə gedir.

Heritage Fondu illik “İqtisadi Azadlıq İndeksi”ndə Britaniya üçün Breksitin (Britaniyanın Avropa Birliyindən çıxması) faydalarını dəyərləndirib. “Dünyanın ən səmərəli biznes və investisiya mühitlərindən biri Britaniyadadır və tezliklə genişləndirilmiş ticarət münasibətlərinə açıq olacaq”, – hesabatda deyilir.

Theresa May
Theresa May

Zandi isə elə də nikbin deyil. Onun fikrincə, 2,6 milyard dollarlıq iqtisadiyyatın Breksitdən özünə gəlməsi üçün bir neçə nəsil keçməlidir. “(Baş nazir) Theresa May-in təklifinə uyğun olaraq, Britaniyanın qlobal oriyentasiyası azalır. İnvestisiya və ticarət çətinləşir. Britaniyanın iqtisadi günəşi yəqin o qədər də parlaq olmayacaq”, – Zandi deyib.

Reytinq mülkiyyət hüquqları, innovasiya, vergilər, texnologiya, korrupsiya, azadlıq (şəxsi, ticarət və monetar), bürokratiya, investorların qorunması üzrə tərtib olunub. Digər kateqoriyalara isə işçi qüvvəsi, infrastruktur, bazarın ölçüsü, həyatın keyfiyyəti və risk daxildir.

İkinci yeri İsveç tutub. İlk beşlikdə sonrakı yerlərdə Honq Konq, Niderland və Yeni Zelandiya gəlir.

Azərbaycan siyahıda 70-ci yerdədir.

Sanksiyalar Rusiyanın iqtisadi siyasətinə necə təsir göstərir

Rusiya rəsmi səviyyədə sanksiyaların daxili iqtisadi siyasətinə təsir göstərmədiyini deyir. Ancaq “Karnegi” fondunun saytında Alexandra Prokopenko deyir ki, xarici məhdudiyyətlər hökumətin iqtisadi yolunu dəyişməkdədir.

Vladimir Putin
Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin həmişə açıq şəkildə bildirib ki, məqsədi Rusiyanın iqtisadi azadlığıdır. 2014-cü ildə Krımın qanunsuz ilhaqından sonra qoyulan sanksiyalar Putinin qətiyyətini daha da möhkəmləndirir. Neftin ucuzlaşması və xarici məhdudiyyətlər Rusiya hökumətini xərcləmələrdən qənaətə keçməyə məcbur edib.

Hökumət xərclərinin konsolidasiyası ilə bağlı 2016-cı ildə elan olunan tədbirlər indi özünü göstərir. 2011-ci ildən bəri büdcə profisiti proqnozlaşdırılan məbləğdən 4,4 dəfə artıq olub – 2 trilyon rubldan artıq (15 milyard dollar). Gələn ilin proqnozlaşdırılan profisit isə 1,9 trilyon rubldur.

Müəllif inflyasiya və işsizliyin də tarixən ən aşağı səviyyəyə düşdüyünü yazır, dövlət borcu isə gələn il ÜDM-nin cəmi 15 faizinə bağlı olacaq. Hökumət sosial və rəqəmsal infrastrukturu inkişaf etdirmək kimi ambisiyalı planlarını açıqlayıb. Başqa sözlə, Rusiyaya qayıtmalı olan investisiya bumu üçün bütün gərəkən şərtlər yaradılıb.

Ancaq gözlənən bum baş vermir. Xarici investorlar sanksiyalardan çəkinirlər, rəsmi statistikaya görə bank hesablarında 16 trilyon rubla yaxın vəsait yığılmış Rusiya şirkətləri isə yatırım etməyə tələsmirlər”, – məqalədə deyilir.

Tehran, arxiv fotosu
Tehran, arxiv fotosu

ABŞ Yaxın Şərqdəki müttəfiqlərinin müdafiəsini ‘dəyişməlidir’

İranın bu yaxınlarda nüvə silahı daşımağa qadir ballistik raketi sınaqdan çıxarması Vaşinqtonda populyar olan üç mifi alt-üst elədi: İranla 2015-ci il bağlanmış nüvə sazişi raket hazırlanmasını yasaqlayır; Səudiyyə Ərəbistanının jurnalist Jamal Khashoggi-ni ehtiyatsız və qəddarlıqla qətlə yetirməsi regionda Birləşmiş Ştatlara ən böyük hədəni törədir; ABŞ sanksiyaları İranın artan nüvə təhdidini önləyir. “The Newsweek” dərgisində Charles Wald və Michael Makovsky yazırlar ki, Vaşinqton bu təhdidi yoluna qoymaqdan ötrü daha güclü yanaşma sərgiləməlidir. Yaxın Şərqdəki tərəfdaşları üçün regional raketdən müdafiə qabiliyyətinin hazırlanması da bu sıradadır.

Senat ötən həftə ABŞ-ın Səudiyyə koalisiyasının Yəməndəki müharibəsinə dəstəyi kəsməyə səs verdi. Bununla da konqresmenlərin jurnalistin qətlini pisləməsi pik nöqtəyə çatdı. Ancaq müəlliflərin fikrincə, sözügedən ritorika və qətnamə sanki Tehran rejiminin İranın daxilində getçəkləşdirdiyi qətlləri kölgədə qoyur. Hələ, Yəməndə, Suriyada, İraq və Livanda öldürülənləri demirik. Bu sıravi adamlar “Washington Post”u yazarları kimi taleli olmayıblar.

İranla nüvə sazişində heç Tehranın raket təhdidindən söz də açılmadı. BMT-nin Təhlükəsizlik Şurasının daha öncəki qətnamələrində deyilirdi ki, İran ballistik raketlər üzərində işləməyəcək. Nüvə sazişinin icrasına dair 2231 saylı qətnamə bu dili yumşaltdı, sadəcə bildirdi ki, İranı bunu etməməyə çağırırlar. İran isə bu çağırışı eşitsə də gözardı etdi”, – məqalədə deyilir.

XS
SM
MD
LG