Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Çeçenistana ‘istisna zonası’ kimi baxılır


Maksim Lapunov
Maksim Lapunov

Rusiyanın Çeçenistan regionunun hakimiyyəti işgəncə, məcburi yoxaçıxmalar, məhkəmədən kənar edamlar, digər “çox ciddi” insan haqları pozuntularına yol verib. Bu haqda ATƏT-in ekspert hesabatında söz açılır.

Çeçenistanda insan haqları pozuntularına dair fakt-araşdırma hesabatı dekabrın 20-də ATƏT-ə təqdim olunub. Sənəddə deyilir ki, pozuntu qurbanları sırasında lezbian, gey, biseksual və transgender (LGBT) icmasının üzvləri, insan haqları müdafiəçiləri, hüquqşünaslar, müstəqil media və mülki cəmiyyət qurumları var.

“İSTİSNA ZONASI”

Hesabata görə, jurnalistlərə və mülki cəmiyyət fəallarına qarşı “qorxudulma və cəzasızlıq mühiti” daha da ağırlaşır. Çeçenistanda cinayətləri araşdırmalı olan Rusiya hakimiyyətinin isə “ağır durum”un həllindən ötrü məsuliyyətini yerinə yetirmədiyi qeyd olunur.

Rusiya rəsmiləri geylərə qarşı təzyiqləri rədd edir
Rusiya rəsmiləri geylərə qarşı təzyiqləri rədd edir

Çeçenistana xüsusi hal, istisna zonası kimi baxılır...burada sabitlik naminə xüsusi cəzasızlıq rejiminə göz yumulur”, – sənəddə vurğulanır.

Hesabat Rusiya hakimiyyətini Çeçenistan hakimiyyətinin ölkənin yerli qanunvericiliyinə, eləcə də beynəlxalq insan haqları öhdəliklərinə “tam əməl etməsini” təmin etməyə çağırır.

Rusiya “Çeçenistan Respublikasında LGBT üzvlərinə qarşı hərəkətlərlə bağlı təhqiqat” başlatmalıdır, Maksim Lapunovun hüquqlarının pozulması iddiaları ayrıca araşdırılmalıdır, sənəddə deyilir.

Lapunov 2017-ci ilin yazında Çeçenistanda antigey kampaniyasının qurbanına çevrildiyini açıq şəkildə bəyan etmiş yeganə şəxsdir. Geylərə qarşı ötənilki təzyiq beynəlxalq səviyyədə qınanıb.

Ancaq müstəntiqlər onun iddiaları üzrə cinayət işi açmaqdan imtina ediblər, yerli məhkəmə onları dəstəkləyib, apelyasiya məhkəməsi də qərarı qüvvədə saxlayıb. Lapunov gey olduğuna görə Çeçenistanda oğurlandığını, polis tərəfindən döyüldüyünü iddia edib.

Oyub Titiyev məhkəmədə
Oyub Titiyev məhkəmədə

MOSKVA MEXANİZMİ

Hesabatda həmçinin vurğulanır ki, insan haqları fəalları və medianın Çeçenistanda təqibsiz işləməsinə şərait yaradılmalıdır, Rusiya hakimiyyəti Memorial insan haqları qrupunun Çeçenistan ofisinin rəhbəri Oyub Titiyevi dərhal azadlığa buraxmalıdır.

Titiyev yanvarda Çeçenistanda saxlanıb. Polis onun avtomobilində marixuana tapıldığını bildirir. O və həmkarları isə narkotikin maşına atıldığını iddia edir.

ABŞ Dövlət Departamenti bu hesabatı alqışlayıb, Rusiyanı “sərhədləri çərçivəsində insan haqlarını beynəlxalq hüquqa, ATƏT-in öhdəliklərinə və öz konstitusiyasına uyğun qorumağa” çağırıb.

Birləşmiş Ştatlar və ATƏT-in 15 digər üzvü noyabrda Moskva Mexanizmi adlı diplomatik aləti işə salıblar. Bu hesabat da həmin mexanizm çərçivəsində hazırlanıb.

Mexanizmə görə, bir üzv ölkə doqquz digər üzvün dəstəyilə “başqa bir üzv ölkədə insan ölçüsünün müddəalarının icrasına konkret ciddi təhdid olması qənaətinə gələrsə”, konsensus olmadan, ATƏT sədrliyindən, qurumlarından müstəqil şəkildə təhqiqat başladıla bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG