Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:09

Gatwick-də uçuşlar dronlara görə dayandırılıb


Gatwick aeroportu, arxiv fotosu

Londonun Gatwick aeroportunda 10 min sərnişin azı daha 24 saat da uça bilməyəcək. Səbəb Britaniyanın ikinci böyük aeroportu üzərində iki dronun görünməsi və uçuş zolağının bağlanmasıdır.

Uçuşlar hələ dekabrın 19-da dayandırılıb, polis dronların bilərəkdən buraxıldığını bildirib.

20-dən çox polis bölməsi dron operatorlarını axtardığı zaman, dekabrın 20-də səhər aeroport üzərində üçüncü qurğu da görünüb.

Gatwick Baş Əməliyyat Rəhbəri Chris Woodroofe dronlardan birinin ağır sənaye dronu olduğunu deyib.

Bunun qəsdli hərəkət olmasına inanıram”, – o, BBC radiosuna deyib.

Polis insidentin bilərəkdən törədildiyini, amma onun terrorçuluqla bağlılığını “deməyə ilkin əlamətlər olmadığını” söyləyib.

Milad bayramı başladığından Gatwick günə 115 min sərnişini qəbul edib yola salacağını gözləyirdi.

XS
SM
MD
LG