Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 16:21

Bayram Səfərov icma sədrliyindən getdi


B.Səfərov

«Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyinin sədri dəyişdirilib.

Bu barədə qərarı icmanın bu gün, dekabrın 20-də keçirilən II qurultayı verib.

Qurultayda icmanın yeni İdarə Heyəti təsdiqlənib.

Qurultayın qərarına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşı Tural Gəncəliyev icmanın sədri, Asif CahangirovElçin Əhmədov isə sədr müavinləri seçilib.

T.Gəncəliyev 1980-ci ildə Şuşa şəhərində anadan olub. Ali təhsillidir. Bakı Dövlət Universitetini bitirib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Aparatında çalışıb. Hazırda XİN-in Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsində işləyir.

İndiyədək birliyin sədri vəzifəsini Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tuturdu. B.Səfərov 2009-cu ildə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

2009-cu ilin iyununda «Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyinin I qurultayında icmanın sədri seçilmişdi.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG