Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 09:15

Bağçalarda ərzağın keyfiyyəti araşdırılır


Uşaq bağçası

Bakı şəhərinin bəzi məktəbəqədər təhsil müəssisələrinə və uşaq bağçalarına standartlara uyğun olmayan ərzaqlar verilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildiriblər.

BŞİH-dən deyilib ki, standarta uyğun olmayan ərzaqları təminatla məşğul olan bəzi qurumlar veriblər.

Açıqlamaya görə, bu məsələ ilə bağlı BŞİH, Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları müxtəlif uşaq bağçalarında olublar.

İcra hakimiyyətindən deyildiyinə görə, standartlara uyğun olmayan ərzaqlardan qida hazırlanmasının qarşısı alınıb, onlar keyfiyyətə uyğun ərzaqlarla əvəz olunub.

Məsələnin ciddiliyi nəzərə alınaraq şəhər icra hakimiyyətində məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatının vəziyyətini yerində araşdırmaq məqsədilə Komissiya yaradıldığı da bildirilir.

BŞİH-dən verilən məlumatda vurğulanır ki, bir neçə bağça müdirəsinə töhmət verilib, Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbərliyinə ciddi xəbərdarlıq edilib.

Bununla yanaşı, paytaxtda məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən qurumların rəhbərlərinə də eyni qaydada xəbərdarlıq verildiyi deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG