Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 15:30

Pxenyan nüvə silahlarından nə vaxt əl çəkəcək


Pxenyan, 17 dekabr, 2018-ci il

Şimali Koreya deyir ki, Birləşmiş Ştatlar nüvə təhdidini aradan qaldırmayınca o, nüvə silahlarından birtərəfli şəkildə əl çəkməyəcək.

Bəyanatı dekabrın 20-də rəsmi Koreya Mərkəzi Xəbər agentliyi yayıb.

Qeyd edək ki, Vaşinqtonla Şimali Koreya arasında nüvə silahlarından imtina və beynəlxalq sanksiyaların qaldırılması üzrə danışıqlarda çıxılmaz durum yaranıb.

Şimali Koreya lideri Kim Jong Un və ABŞ Prezidenti Donald Trump iyunun 12-də Sinqapurda görüşüblər. Onlar Koreya yarımadasının “tamamilə nüvəsizləşdirilməsi” barədə razılığa gəlsələr də, bunun nə vaxt və necə baş verəcəyini açıqlamayıblar.

O vaxtdan Vaşinqtonla Pxenyanın nüvə danışıqları yerində sayır. Vaşinqton istəyir ki, Pxenyan potensial saziş çərçivəsində təftiş olunacaq və söküləcək nüvə və raket obyektlərinin hesabatını versin. Şimali Koreya isə ilk öncə sanksiyaların qaldırılmalı olduğunu deyir.

Bu bəyanatdan bir gün öncə Birləşmiş Ştatların Şimali Koreya üzrə xüsusi elçisi Stephen Biegun qeyd edib ki, Vaşinqton humanitar göndərişləri asanlaşdırmaq, nüvə danışıqlarındakı çıxılmaz durumu yüngülləşdirmək üçün Pxenyana qarşı səyahət qadağalarını yumşaltmağı nəzərdən keçirir.

XS
SM
MD
LG