Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Pashinian-ın köhnə hakim elitası – Qərb mediası


Nikol Pashinian
Nikol Pashinian

İnqilabdan sonrakı Ermənistanda köhnə hakim elita yeni reallıqlarla barışmalı olub. Bunların başlıcası Baş nazir Nikol Pashinian hakimiyyətidir, onun seçki bloku və müttəfiqləri hazırda parlamentə nəzarət edir. Karnegi fondunun saytında Hayk Khalatyan və Kirill Krivosheev yazırlar ki, Pashinian-ın hakimiyyətini rədd edənlər, yaxud ona meydan oxumağa çalışanların şirkətlərində audit aparıla, evləri axtarıla, hətta özləri həbs oluna bilərlər. Heç keçmiş prezidentlər də təhlükəsiz deyil.

Görünür, elə bu səbəbdən keçmiş hakim Respublikaçı Partiyasının bir çox üzvləri Pashinian-a qoşulur, yaxud susur. Elə Pashinian özü də ölçülü-biçili davranır, indiyədək ictimaiyyət, yaxud köhnə hakim elitayla münaqişədən yayınıb.

Müəlliflər qeyd edirlər ki, mayda küçə etirazları nəticəsində hakimiyyətə gəlmiş Pashinian köhnə qvardiyayla ehtiyatla davranır. Son bir neçə aydaRespublikaçıların saysız üzvləri saxlanıb, yaxud evlərində axtarış aparılıb, amma yeni hökumətlə işləməyə başlayanlar da az deyil. Elə bu səbəbdən Pashinian asayişi qoruya bilib, nə ictimaiyyəti, nə də köhnə hakim elitanı incik salıb.

Manvel Grigoryan və keçmiş prezident Robert Kocharyan
Manvel Grigoryan və keçmiş prezident Robert Kocharyan

Əvvəlcə Pashinian zorla və qətiyyətlə davrandı. Baş nazir postuna keçəndən bir neçə həftə ərzində sələfi Karen Karapetyanın reputasiyasına, iqtisadi maraqlarına hücum edib. Ən kəskin zərbəni isə general leytenant Manvel Grigoryana endirib. Müdafiə nazirinin keçmiş müavini, Respublikaçı Partiyasından deputat, veteranlar birliyinin rəhbəri olan Grigoryan uzun müddət keçmiş prezidentlər tərəfindən toxunulmaz sayılıb. Rəsmi titulundan başqa, Grigoryan həm də Ermənistanın böyük şəhərlərindən olan Eçmiadzinin de-fakto rəhbəridir. Ancaq Pashinian Grigoryana qarşı hərəkətə keçdi, onun malikanəsində axtarış əmri verdi... Grigoryanın daha sonra həbsi köhnə hakim elitaya aydın mesaj verdi: Pashinian-ın yolunun üstündə dayanmayın”, – müəllif yazır.

Məqalədə həbslərin Pashinian-ın populyarlığını saxlamağa yetmədiyi qeyd olunur. Üstəlik, onlar effektiv idarəçiliyə də ziyan vurur, axı, Pashinian-ın ətrafında vacib nazirliklərə rəhbərlik edəcək yetərincə kadrlar yoxdur. Elə bu səbəbdən də Pashinian Müdafiə Nazirliyinin təcrübəli rəsmisi David Tonoyanı müdafiə naziri, BMT-dəki keçmiş səfir Zohrab Mnatsakanyan isə xarici işlər naziri postuna gətirdi və bu addımlar xoş qarşılandı.

Pashinian özünün aşırı populyarlığının və ictimaiyyətin şişirdilmiş gözləntilərinin girovuna çevrilib. İndilik ona sitayiş edən kütlə onu ‘köhnə Ermənistan’ın izlərindən qoruyur. Ancaq işdi-şayəd Pashinian ‘Gələcəyin Ermənistanı’na– korrupsiyasız, çiçəklənən orta sinif, Rusiya və Qərblə yaxşı münasibətlərə dair baxışlarını yerinə yetirə bilməsə, elə köhnə hakim elitadan mərhəmət diləməli olacaq”, – müəlliflər vurğulayır.

Ermənistan seçkilərdən sonra

“New Eastern Europe” portalında Bartłomiej Krzysztan da Ermənistandakı son parlament seçkilərindən, Nikol Pashinian-ın alyansının səslərin 70 faizini yığmasından yazır. Güclü mandatla Pashinian inqilabi dəyişikləri davam etdirə biləcək, amma müəllif seçkidən sonra baş verəcəklərin də hüquqi olacağını, bəhanələrə yer qalmayacağını, əsl çağırışın başladığını qeyd edir.

Ermənistanda dekabrın 9-da keçirilən parlament seçkisi
Ermənistanda dekabrın 9-da keçirilən parlament seçkisi

Siyasi addımlardan sonra çox gərəkən ağrılı iqtisadi islahatlar aparılmalıdır. İndi parlamentdə çoxluğa malik Pashinian öz proqramını da irəli apara biləcək. Əsas addımlardan biri Ermənistanda bütün səviyyələrdə korrupsiyayla mübarizə olacaq. Yüksəkçinli rəsmilərin həbsi həmişə əzəmətli görünə bilər, amma Pashinian və komandası indi daha böyük bir problemlə üz-üzədirlər: dövlət administrasiyasının hər bir səviyyəsində rüşvətxorluq var və bu, Ermənistan mentalitetinin bir hissəsidir. Yeni hökumət cəmiyyəti inandırmalıdır ki, elitanın nəhəng saxtakarlığı gündəlik kiçikmiqyaslı korrupsiyadan qaynaqlanır.

Dərin struktur islahatları daha problemli olacaq. Ermənistanın dövlət borcu 6,5 milyard ABŞ dollarına çatıb və əhalisi üç milyondan az olan ölkə üçün böyük məbləğdir. İnflyasiya günbəgün artır, yoxsulluq minlərlə vətəndaşı xarici getməyə vadar edir. Vergilərdə struktur islahatları və çirkli pulyuma ilə mübarizə belə yetərli olmayacaq. Pashinian yetərincə cəsarət toplayıb ermənistanlıları inandırmalıdır ki, ağrılı kəsintilər vacibdir, hətta bunun bədəli ona dəstəyin azalması olması belə”, – müəllif yazır.

Gürcüstanın etnik azlıqlarının gələcəyi

“New Eastern Europe” portalında Anastasia Mgaloblishvili yazır ki, Gürcüstanda noyabrın 28-də Salome Zurabishvili-nin prezident seçilməsi ölkə siyasətinin gələcəyində üç dönüş nöqtəsindən xəbər verir – Gürcüstanın Cənubi Qafqaz regionunda demokratiyaya liderliyi necə olacaq; yeni prezidentin Rusiya-Gürcüstan müharibəsinə dair şərhləri ölkənin Rusiyayla diplomatik mübarizədə mövqeyini zəiflədirmi və Zurabishvili-nin ölkədəki etnik azlıqlarla bağlı mövqeyi Gürcüstanda millətçi əhvalı gücləndirə bilərmi.

Salome Zurabishvili
Salome Zurabishvili

Müəllif ilk iki faktorun beynəlxalq mediada müzakirə olunduğunu, etnik azlıqlar məsələsinin isə nisbətən gözardı olunduğunu vurğulayır. “Etnik millətçilik Gürcüstanın demokratikləşməsi və Qərbə doğru irəliləməsində əsas məsələdir, çünki çoxmillətli cəmiyyətdə mülki ahəngi əngəlləyir, ölkənin etnik azlıqlarını qəzəbləndirir”, – yazan müəllif Gürcüstanın 90 faiz ermənilərin yaşadığı Samtsxe-Cavaxeti regionuna səfəri zamanı keçmiş prezidenti tənqid edib. Vaxtilə Mikheil Saakashvili burada yaşayan tüklərə vətəndaşlıq verib, ermənilərə yox. Bir qrup QHT Zurabishvili-nin bəyanatını ksenofob, irqçi adlandırıb, nifrət yaratdığını, liberal demokratiya və bərabərlik prinsiplərinə zidd olduğunu deyib.

Ermənistanın Osmanlı ilə tarixi keçmişini nəzərə alsaq, belə bəyanat türkləri yalnız qəzəbləndirə bilər, axı, onlar da Gürcüstanda etnik azlıqdırlar. Elə Samtsxe-Cavaxeti regionundaklı etnik erməni əhali kimi, Gürcüstandakı etnik azlıqların çoxu ölkənin təcrid olunmuş regionlarında yaşayır, gürcücə zəif bilirlər, çoxluqda olan əhaliyə qaynayıb-qarışmaqda çətinlik çəkirlər. Bu, Zurabishvili-nin ilk irqçi və ksenofob bəyanatıdır. O, daha öncə Gürcüstanın əsas turistik küçələri olan Şardeni və Ağmaşeneblinin «qəlyan küçələrinə» çevrilməsindən narahatlığını bildirmişdi”, – yazan müəllif Gürcüstan əhalisinin 13 faizinin etnik azlıqlardan ibarət olduğunu vurğulayır. Onlar türklər, ermənilər, azərbaycanlılar, çeçenlər, abxazlar və osetinlərdir.

Di gəl, ölkə müstəqillik əldə edəndən sonra da rəhbərlik etnik azlıqların gürcü cəmiyyətinə inteqrasiyası yönündə uğur qazana bilməyib. Ölkənin ilk seçilmiş prezidenti Zviad Gamsakhurdia tez-tez “nankor azlıqlar”dan danışırdı. Onun varisi Eduard Shevardnadze hökuməti də dövlətin əsas funksiyalarını yerinə yetirə bilmədi – çoxluq təşkil edən gürcülər Gürcüstan Pravoslav Kiləsinin dəstəyini qazandı, etnik azlıqlar isə getdikcə daha çox təcrid, dövlətin etinasızlığı ilə üzləşdilər. Qərbyönlü Mikheil Saakashvili azlıqları daha çox inteqrasiya etməyə çalışdı, onların yaşadığı regionlarda infrastrukturu təkmilləşdirdi, məktəblərində gürcü dilinin tədrisini tətbiq etdi. Onda da azlıqlar Saakashvili-in onları gürcülərə assimilyasiya etməyə çalışmasından əndişələndilər.

XS
SM
MD
LG