Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 20:40

Khatami-nin qardaşı ittiham olunacaq


Mohammad Reza Khatami

İranın keçmiş islahatçı prezidenti Mohammad Khatami-nin qardaşı 2009-cu il seçkisinə dair səsləndirdiyi iddiaya görə mühakimə olunacaq.

Mohammad Reza Khatami bu yaxınlarda verdiyi müsahibədə deyib ki, həmin seçkidə qutulara topa ilə bülleten atılıb.

Tehranın prokuroru Abbas Jafari-Dolatabadi-nin dekabrın 18-də bildirməsinə görə, qadağan olunmuş islahatçı partiyanın keçmiş lideri ortaya iddiasını əsaslandıracaq dəlil qoymayıb. O, tezliklə ittihamnamənin irəli sürüləcəyini qeyd edib.

Oktyabrda verdiyi müsahibədə Khatami sözügedən seçkini “qeyri-sağlam” adlandırıb. O deyib ki, keçmiş mühafizəkar prezident Mahmud Ahmadinejad-ın qələbəsini möhkəmləndirmək məqsədilə daxili işlər nazirliyinin seçki qərargahında seçki qutularına səkkiz milyon saxta bülleten atılıb.

Khatami-nin iddiasına görə, mühafizəkar düşərgədəki “məlumatlı mənbələr” ona bu saxtakarlıq barədə danışıb.

Milyonlarla iranlı Ahmainejad-ın təkrar seçilməsinə qarşı çıxmışdı. Bundan sonra hökumət yüzlərlə islahatçı, jurnalist və fəalı həbs elədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG