Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 05:20

Navalny-nin səsvermə vebsaytı bloklanıb


Aleksei Navalny

Moskvada məhkəmə müxalif siyasətçi, antikorrupsiya fəalı Aleksei Navalny-nin Smart Səsvermə vebsaytının bloklanması barədə qərar çıxarıb.

Dekabrın 19-da Taqanka Dairə Məhkəməsinin çıxardığı qərarda deyilir ki, vebsayt istifadəçilərə şəxsi informasiyalarını yerləşdirməyə razılaşmamaq seçimi vermir. Hakim Olga Sinelnikova bunu pozuntu adlandırıb.

Navalny-nin vebsaytına qarşı məhkəmə iddiasını media tənzimləyici orqanı olan Roskomnadzor qaldırıb.

Müxalifətçi Smart Səsvermə saytını noyabrda işə salıb, məqsədi rusiyalıların hakim Vahid Rusiya partiyasını əslində necə dəstəklədiyini öyrənməkdir.

Navalny-nin vəkili məhkəmədə deyib ki, istifadəçilərin hamısı şəxsi informasiyalarının yığılmasından xəbərdardır, saytdakı bütün mümkün problemlər aradan qaldırılıb və onu bloklamağa ehtiyac yoxdur.

Siyasətçi şəxsi vebsaytında məhkəmənin iclasını “kloun şousu” adlandırıb, internet istifadəçilərini Smart Səsvermə saytında qeydiyyatdan keçməyə çağırıb.

XS
SM
MD
LG