Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:47

Xəbərdarlıq: Yağış, daşqın, qar, şaxta…


Yağış

Dekabrın 20-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, yağıntının bəzi yerlərdə intensiv olacağı gözlənir. Cənub-şərq küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 5-7, gündüz 8-10 dərəcə isti proqnozlaşdırılır.

Dekabrın 20-də ölkənin əksər rayonlarında da arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə 2-5, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təxmin edilir.

Xəbərdarlıq

Nazirlik xəbərdarlıq verir ki, dekabrın 20-21-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, çaylarda sululuğun artacağı, Lənkəran-Astara zonasının bəzi çaylarından isə qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Multimedia

XS
SM
MD
LG