Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 18:25

Vaşinqton bu şəxslərə sanksiyaların müddətini uzadır


İllüstrativ foto
İllüstrativ foto

Birləşmiş Ştatlar Özbəkistan, Rusiya, Ukrayna və digər ölkələrdən hökumətə bağlı şəxslərə maliyyə və səyahət sanksiyalarının müddətini uzadıb. Bu addım Birləşmiş Ştatların dünyada insan haqlarını pozanlara, korrupsioner məmurlara qarşı qanunu çərçivəsində gerçəkləşdirilir.

Dekabrın 19-da verilmiş qərarla Özbəkistanın mərhum prezidenti Islam Karimov-un böyük qızına, Rusiyanın Baş prokuroru Yury Chaika-nın oğluna, Ukraynanın çevik polis komandirinə və digər şəxslərə sanksiyaların vaxtı uzadılıb.

Həmin sanksiyalar ötən il, ilk dəfə olaraq Qlobal Magnitsky Aktı çərçivəsində tətbiq olunub. 2016-cı ildə qəbul olunmuş bu qanun 2012-ci ildə ancaq rusiyalıları hədəfə alan başqa bir qanunun əsasında hazırlanıb.

Gulnara Karimova-nın portreti
Gulnara Karimova-nın portreti

Rusiyalı vəkil Sergei Magnitsky 2009-cu ildə həbsxanada dünyasını dəyişib. O, özünün ifşa etdiyi vergidən yayınma sxemində iştirakda ittiham olunub.

SİYAHIDA KİMLƏR VAR

Moskva sanksiyaları pisləyib.

Özbəkistanın mərhum prezidentinin böyük qızı Gulnara Karimova uzun illər atasının varisi hesab olunub. Jurnalistlər və avropalı müstəntiqlər onun beynəlxalq nəhəng telekommunikasiya şirkətlərinə qarşı irimiqyaslı rüşvətxorluq və pulqoparma sxemində iştirakını üzə çıxarandan sonra durum dəyişib. Ötən il Özbəkistan Baş Prokurorluğunun Karimovaya ittiham irəli sürdüyü bildirilir.

Rusiya Baş prokurorunun oğlu Artyom Chaika da siyahıdakı tanınmış isimlərdəndir. O, atasının vəzifəsindən yararlanaraq özünün nüfuz dairəsini yaratmaqda ittiham olunur.

Artyom (Artem) Chaika
Artyom (Artem) Chaika

Magnitsky Aktı 2012-ci ildə qəbul olunandan bir neçə ay sonra Rusiya Prezidenti Vladimir Putin rusiyalı uşaqların amerikalılar tərəfindən övladlığa götürülməsini yasaqlayan qanunu imzalayıb.

2016-cı ildə Magnitsky Aktının qlobal versiyasının hazırlanması yönündə iş getdiyi bir dönəmdə Vaşinqtonda gizli lobbiçilik kampaniyası işə düşdü, Magnitsky-nin üzə çıxardığı sxem, onun ölümü barədə deyilənlərə zərbə vurmağa çalışdı.

Bu kampaniyanı qismən Chaika ilə əlaqələri olan biznesmen maliyyələşdirirdi. 2016-cı ilin iyununda Prezident Donald Trump-ın böyük oğluyla görüşmüş vəkil Natalia Veselnitskaya da bu işin içində idi.

Hazırda ABŞ-da xüsusi prokuror Robert Mueller Trump-ın seçki kampaniyası ilə Rusiyanın mümkün işbirliyini araşdırır.

XS
SM
MD
LG