Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 01:22

Sahibkarların qurultayı keçirilir


Qurultay

Dekabrın 19-da Bakıda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V qurultayı başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, iqtisadiyyat naziri Şahin Mustafayev prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Ş.Mustafayev bildirib ki, Azərbaycanda 45 aqroparkın yaradılması istiqamətində iş aparılır, 18 aqropark artıq fəaliyyət göstərir. Onun deməsinə görə, bu il 612 layihənin icrasına Sahibkarlığın İnkişafı Fondu 160 milyon manat vəsait ayırıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də qeyd edib ki, son 15 ildə ölkədə 2 milyondan çox yeni iş yeri yaradılıb, bunun da 1 milyon 600 mini daimi iş yerləridir.

«Ölkədə 7 minədək kiçik müəssisə yaradılacaq ki, bu da sahibkarlığın inkişafına töhfədir», - deyə nazir qeyd edib.

Tədbirdə konfederasiyanın rəhbər orqanlarının hesabatı dinləniləcək, idarəetmə orqanları formalaşdırılacaq və təşkilatın fəaliyyətinin əsas istiqamətləri müəyyən ediləcək.

Azərbaycanda bəzi ekspertlər son 15 ildə ölkədə 1 milyon 600 min daimi iş yerinin açılması ilə bağlı rəsmilərin iddialarına şübhə ilə yanaşırlar. Onlar üstəlik, vurğulayırlar ki, ölkədə yeni açılan iş yerlərinin statistikası hazırlansa da, bağlanan iş yerləri ilə bağlı məlumatlar əsasən qapalı saxlanır.

Xatırlatma

Azərbaycan Sahibkarlar Konfederasiyasının IV qurultayı 5 il əvvəl 2013-cü il iyunun 18-də keçirilmişdi. Bu qurum 1999-cu ilin martında təsis olunub, həmin ilin aprelində dövlət qeydiyyatına alınıb.

Konfederasiya özündə 6 mindən çox sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər iqtisadi, sosialyönümlü assosiasiya və ittifaqı birləşdirir.

Multimedia

XS
SM
MD
LG