Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 19:29

Trump-ın fondu bağlanır


Donald Trump (solda) seçki kampaniyası zamanı, 31 yanvar, 2016-cı il
Donald Trump (solda) seçki kampaniyası zamanı, 31 yanvar, 2016-cı il

ABŞ Prezidenti Donald Trump-ın xeyriyyə fondunun (Trump Foundation) buraxılması barədə razılaşma əldə olunub. Bu fondun ştat qanunlarını pozması, xeyriyyə üçün nəzərdə tutulmuş vəsaitin Trump-ın şəxsi xərclərinə yönəldilməsi haqda iddialar yayılmışdı.

Nyu York ştatının baş prokuroru Barbara Underwood dekabrın 18-də deyib ki, fondun vəsaitləri digər qeyri-kommersiya təşkilatları arasında paylaşılacaq.

Bu razılaşmanı hələ hakim təsdiqləməlidir.

Bu, hüququn aliliyi baxımından vacib qələbədir”, – Underwood deyib. Onun idarəsi fondu Trump-ın biznesinin və siyasi kampaniyasının əlavəsi kimi işləməkdə suçlayırdı.

Barbara Underwood
Barbara Underwood

Ancaq məhkəmə işi hələ davam edəcək.

Trump Fondunun və onun direktorlarının ştat və federal qanunları aydın şəkildə, dəfələrlə pozmasına görə məsuliyyət daşımasını təmin etməkdən ötrü işi irəli aparacağıq”, – Underwood bəyanatında vurğulayıb.

Baş prokuror milyonlarla dollar cərimə, Trump və böyük övladlarının digər xeyriyyə qurumlarına başçılıq etməsinin yasaqlanmasını istəyir.

Hələlik, Ağ ev, yaxud prezidentin biznes qurumlarından məsələyə şərh gəlməyib.

Trump-ın Nyu York ştatında üzləşdiyi hüquqi problemləri müxtəlif federal yurisdiksiyalarda gedən cinayət və mülki təhqiqatlardan ayrıdır.

Xüsusi prokuror Robert Mueller prezidentin 2016-cı ildə seçki kampaniyası ilə Rusiyanın mümkün işbirliyini araşdırır.

XS
SM
MD
LG