Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Rusiyalı deputatlar Kuril adalarıyla bağlı izahat istəyirlər


Sergei Lavrov
Sergei Lavrov

Rusiyada deputatlar Xarici işlər naziri Sergei Lavrovun son açıqlamasına izahat istəyirlər. Medianın yazdığına görə, Lavrov deyib ki, Moskva mübahisəli Cənubi Kuril regionunda iki adanı Yaponiyaya verə bilər.

Dekabrın 18-də Kommunist Partiyasından deputat Nikolai Kharitonov Dövlət Dumasının spikeri Vyacheslav Volodindən xahiş edib ki, Lavrov parlamentə dəvət olunsun, hökumətin mövqeyini aydınlaşdırsın.

Qısa müzakirədən sonra Volodun müavini Aleksandr Zhukov-a Lavrova dəvətnamə üzərində işləməyi tapşırıb.

2-ci Dünya Müharibəsinin son günlərində Sovet İttifaqı Hokkaido yaxınlığında dörd adanı ələ keçirib. Bu ərazi mübahisəsi Moskva və Tokionun sülh sazişi bağlamasını əngəlləyib. Rusiya bu adaları Cənubi Kuril, Yaponiya isə onları Şimal Ərazisi adlandırır.

Dövlət Duması, arxiv fotosu
Dövlət Duması, arxiv fotosu

RUSİYANIN NİYYƏTİ

Dekabrın 17-də “Komsomolskaya Pravda”ya müsahibəsində Lavrov deyib ki, Moskva Şikotan və Habomai adlı daha kiçik adaları Yaponiyaya verə bilər, bir şərtlə ki Tokio 2-ci Dünya müharibəsinin “nəticələrini tanısın”. Onun sözlərinə görə, Tokio, hələlik, “buna hazır deyil”.

Rusiyanın mövqeyincə, nəticələrin tanınması o deməkdir ki, Yaponiya Rusiyanın mübahisələri adaları sahibliyini qanuni saysın, Tokio daha böyük, daha çox əhalinin yaşadığı İtupur və Kunaşir adalarına iddia etməsin.

Noyabrın 14-də Rusiya Prezidenti Vladimir Putin Yaponiyanın Baş naziri Shinzo Abe ilə Sinqapurda görüşüb. Tərəflər sülh sazişi üzrə Rusiya-Yaponiya danışıqlarını sürətləndirməyə razılaşıblar. Son həftələr Rusiya mediası Moskvanın mübahisəli adaların bir hissəsini Moskvaya verə biləcəyi ehtimalını səsləndirib.

Rusiyada siyasətçilər ölkə ərazisindən qonşulara hər hansı hissənin verilməsinə qarşı çıxırlar. Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Putinin reytinqi qalxıb.

Putin hökuməti doğrudan da iki kiçik adanı Yaponiyaya verməyi nəzərdən keçirirsə, onda Lavrov Dumada bu addımı əhaliyə öncədən açıqlaya bilər.

Rusiyada bəzi media orqanlarının yazmasına görə, Kreml yaxın gələcəkdə Yaponiyayla mübahisəni həll etməklə Ukraynadakı hərəkətlərindən dünyanın diqqətini yayındırmağa, sanksiyaları yüngülləşdirməyə ümid edir. 2014-cü ildən Ukraynanın şərqində rusiyapərəst separatçılarla hökumətin münaqişəsində 10 mindən çox adam həlak olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG