Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Macarıstanda deputatlar etirazların davam edəcəyini deyirlər


Budapeştdə etirazlar
Budapeştdə etirazlar

Macarıstanda müxalifət deputatları etirazları davam etdirəcəklərini, hüquqi, parlament çərçivəsində addımlar atacaqlarını deyirlər. Onlar Baş nazir Viktor Orban hökumətinin yeni əmək qanununa qarşı çıxırlar.

Dekabrın 18-də Budapeştdə parlament binası qarşısına 200-dək etirazçı çıxıb. Bir gecə öncə isə minlərlə adam dövlət televiziyasının qarşısına yığışmışdı.

“Vətəndaş itaətsizliyi planlaşdırırıq, həmkarlar ittifaqları yolları bağlayacaq, əlavə nümayişlər keçiriləcək”, – deputat Timea Szabo əcnəbi jurnalistlərə deyib.

***

Minlərlə etirazçı artıq beşinci beşinci gecə Macarıstan dövlət televiziyası qarşısında Baş nazir Viktor Orban hökumətinə etiraz edir.

Nümayişçilər dekabrın 17-də “Buranı tərk etməyəcəyik!”, “Onlar gecə-gündüz yalan danışırlar!” şüarlarını səsləndiriblər.

İki deputat məhkəmələrə, medianın böyük hissəsinə nəzarəti gücləndirmiş Orbana qarşı petisiyanı yayımlamaq istəyəndə binadan çıxarılıb.

Müstəqil deputatlar Bernadette SzelAkos Hadhazy canlı yayımda petisiyanı səsləndirmək istəyiblər, təhlükəsizlik əməkdaşları onları binadan çıxarıb.

Szel insidenti Facebook səhifəsində canlı yayımlayıb.

Etirazların keçirildiyi məkan
Etirazların keçirildiyi məkan

“QUL QANUNLARI”NIN LƏĞVİNİ TƏLƏB EDİRLƏR

Petisiyada hökumətin “qul qanunları”nın ləğvi tələb olunurdu.

MTVA telekanalı qarşısında parlamenti 10-dan artıq üzvü də etiraz edib, tələblərini efirdə səsləndirmək istəyiblər.

Bu son ayların ən böyük etirazıdır, altı günlük iş həftəsinə qayıdışa imkan verən yeni əmək qanunun qəbuluna qarşı keçirilir.

Ancaq etirazçılar hökumət korrupsiyası ilə mübarizə, müstəqil məhkəmələrin yaradılması, müstəqil medianın qorunması üçün tədbirlər görülməsini tələb edirlər.

“Tələblərimiz dövlət mediasında səsləndirilməyincə etirazları davam etdirəcəyik. Heç yerə gedən deyilik”, – deputat Timea Szabo etirazçılara deyib.

Hökumət yeni əmək qanununu müdafiə edir, onun özəlliklə də çiçəklənən avtomobil və emal sektorlarında fəhlə çatışmazlığını yüngülləşdirəcəyini deyir.

Orbanın müttəfiqləri bu etirazları əslən macar amerikalı xeyriyyəçi George Sorosun maliyyələşdirdiyi liberal qrupların təşkil etdiyini deyir. Soros Orbanın daimi hədəfidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG