Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 10:46

Rusiya əsgəri erməni qadının ölümündə suçlanır


Julieta Ghazarian

Rusiyanın Ermənistandakı hərbi bazasında xidmət edən 23 yaşlı əsgər erməni qadının ölümündə ittiham olunur. Bunu öldürülən qadının qızının vəkilləri deyir.

57 yaşlı Julieta Ghazarian Ermənistanın şimal-qərbindəki Gümrü şəhərində hücuma məruz qalıb və dekabrın 2-də səhər tezdən yerli xəstəxanaya aparılarkən dünyasını dəyişib.

O, Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyi bu şəhərdə süpürgəçi işləyirdi.

Ermənistanda prokurorlar indiyədək istintaqın detallarını, şübhəlinin yaşını, adını açıqlamayıblar.

Ancaq qadının qızı Anahitin vəkilləri AzadlıqRadiosu-nun erməni xidmətinə bildiriblər ki, A.R. adlı əsgər qəddarlıqda hücumda və ehtiyatsızlıqdan adamöldürmədə ittiham olunur.

Vəkillər əsgərin Ermənistan qanunvericiliyinə uyğun ittiham olunmasına baxmayaraq, Rusiya bazasında saxlandığını deyirlər.

Əsgərin ermənistanlı vəkili Narine Rshtuni informasiyanı təsdiqləyib. Amma hücumun səbəbi bəlli deyil.

Şübhəli dekabrın 10-da saxlanıb. Ermənistan qanunvericiliyinə görə, belə cinayətlərə beş ildən 10 ilədək həbs cəzası kəsilə bilər.

2015-ci ildə Gümrüdə başqa bir əsgər bir erməni ailəsinin yeddi üzvünü qətlə yetirmişdi. 2016-cı ildə yerli məhkəmə Valery Permyakovu ömürlük həbsə məhkum etdi. O, məhkəməyədək və proses zamanı Rusiyada bazada saxlanırdı. Cəzasını da Rusiyada çəkir.

XS
SM
MD
LG