Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 06:07

Zinət əşyalarının idxalı kəskin artıb


Brilyant üzük

Azərbaycana qızıl, qiymətli metallar və zərgərlik məmulatlarının idxalı kəskin artıb.

«Turan» agentliyinin Dövlət Gömrük Komitəsinə (DGK) istinadən yaydığı xəbərdə belə bildirilir.

«2016-cı ilin 9 ayı ərzində «Mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar» adlanan əmtəə qrupu üzrə idxalın qiyməti 23.3 milyon dollar olub. 2017-ci ilin 9 ayında 25.5 milyon, 2018-ci ilin eyni dövründə isə gözlənilmədən 20 dəfə artaraq 477 milyon dollara yüksəlib», - xəbərdə qeyd edilir.

Yayılan məlumatlara görə, 2017-ci ildə bu malların idxalda payı yalnız 0.4 faiz təşkil edibsə, bu il bu göstərici 5.2 faizə çatıb.

Ekspert iki amilin üzərində dayanır

«Dünya tarixi, yəqin ki, idxalda belə sıçrayışlı inkişaf görməyib», - deyə bu mal qrupunun idxalını araşdıran iqtisadçı Rövşən Ağayev bildirib. Onun fikrincə, ölkədə əhalinin böyük bir hissəsinin qazancı gündəlik mallar səbətinə yetmədiyi bir şəraitdə dəbdəbəli həyat məqsədilə mal idxalında belə bir sıçrayış iki səbəbdən ola bilər: «Əvvəlki illərdə gömrük orqanları zərgərlik idxalını gizlədirlər və bu il onlar real hesabat verməlidir. Yaxud ölkədən pul çıxışına sərt məhdudiyyətlər qoyulması və lazımi adamların kapitalının izlənməsi səbəbindən zənginlərin «qara kapitalı» zinət əşyalarına çevirməkdən başqa sərfəli alternativi qalmayıb».

Multimedia

XS
SM
MD
LG