Keçid linkləri

Təcili xəbərlər
2019, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:26

ÜDM-də 1 faizlik artım


Xəzərdə neft platforması

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 1 faiz artdığı bildirilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ÜDM-nin həcmi 72 milyard 432.1 milyon manat olub.

Əlavə dəyər istehsalının əvvəlki ilin uyğun dövrü ilə müqayisədə artdığı qeyd edilir.

Artim qeyri-neft sektorunda 1.3, neft sektorunda isə 0.3 faiz olub.

ÜDM-nin əsas hissəsi sənayedə istehsal edilib – 45.2 faiz.

Onda kənd təsərrüfatının payı 5.4 faiz olub.

Bu il tikintinin ÜDM-dəki payının 13.1 faiz azaldığı bildirilir.

Əhalinin hər nəfərinə düşən ÜDM 7 min 378.5 manata bərabər olub.

Xatırlatma

DSK 2017-ci ildə də ÜDM-in 1 faizə yaxın artdığını açıqlamışdı. Devalvasiyalara (2015-ci il) qədər, 2014-cü ildə Azərbaycanda ÜDM 59 milyon manat təşkil edib. Həmin vaxt bu, 75 milyon dollar edirdi. Bu ilin 11 ayının ÜDM ilə bağlı göstəricisi (72 milyard 432 milyon manat) indiki kursla 43 milyard dollar edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG