Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:35

Navalny-yə qarşı məhkəmə iddiası rədd edildi


Aleksei Navalny (solda) və Viktor Zolotov

Moskvada məhkəmə Rusiya Milli Qvardiyasının rəhbəri Viktor Zolotovun müxalif siyasətçi, antikorrupsiya fəalı Aleksei Navalny-yə qarşı iddiasını rədd edib.

Zolotov siyasətçinin onun şərəf və ləyaqətinə zərbə vurduğunu deyərək 1 milyon rubl (15 min dollar) tələb edirdi. Lyublino Dairə Məhkəməsi isə dekabrın 17-də bu iddia ilə Rusiya Mülki Prosessual Məcəlləsi arasında ziddiyyət olması barədə qərar çıxarıb.

Məhkəmə Zolotovdan iddianı uyğun formada, mətni və məzmunu dəyişdirilmiş halda təqdim etməyi tələb edib.

Navalny Zolotova “korrupsioner” deyib.

Bundan sonra Zolotov Navalny-ni duelə çağırıb. Navalny isə cavabında onu televiziyada debata səsləyib. Zolotov təklifi rədd edib.

Siyasətçi özünə qarşı məhkəmə iddiasını “çox məzəli” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG