Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:11

GPS peyklərinin yeni nəsli hələ buraxılmayıb


Arxiv fotosu
Arxiv fotosu

ABŞ mühəndisləri GPS peyklərinin yeni nəslini buraxmaq üçün havanın aydın olmasını gözləyirlər.

SpaceX şirkətinin Falcon 9 raketi dekabrın 18-də buraxılmalıydı. Açıqlanmayan texniki problem rəsmiləri bu işi ertələməyə, dekabrın 19-na keçirməyə məcbur edib.

Rəsmilər yeni peyklərin daha dəqiq işləyəcəyini, siqnalların vurulması təhlükəsinin azalacağını deyirlər.

***

ABŞ Hava Qüvvələri GPS peyklərinin yeni nəslini buraxmağa hazırlaşır. Məqsəd Rusiya və başqa rəqiblərin yaratdığı hədələrə qarşı dəqiqlik və təhlükəsizliyi təmin etməkdir.

Qlobal Məkan Sistemi (Global Positioning System – GPS) peyki dekabrın 18-də Floridadakı Cape Canaveral Hava Qüvvələri Stansiyasından SpaceX şirkətinin Falcon 9 raketilə buraxılacaq.

Hazırda orbitdə olan daha köhnə peykləri 32 GPS III peykinin əvəzləməsi planlaşdırılır. Peykləri Lockheed Martin şirkəti hazırlayır. SpaceX ilk altı GPS-in beşini buraxmaq üçün kontraktı udub.

Sistemin bir çox aparıcı xüsusiyyətləri azı 2022-ci ilədək tam işə düşməyəcək.

Sistemin dəyəri 7 milyarddan 12 milyard dollaradək ölçülür.

Hava Qüvvələri 31 GPS peykini Koloradoda yerləşən yüksək təhlükəsizlik kompleksindən idarə edir.

Ordu bildirir ki, GPS III peyklərinin siqnalı daha güclü olacaq və onları vurmaq çətin olacaq. NATO-nun son hərbi təlimi zamanı Norveç Rusiyanı GPS siqnallarına müdaxilədə ittiham edirdi.

GPS naviqasiya qurğusu
GPS naviqasiya qurğusu

Lockheed Martin bildirir ki, yeni sistem mövcud GPS peyklərindən üç dəfə artıq dəqiq işləyəcək, siqnalların vurulmasına qarşı gücü isə səkkiz dəfə artıq olacaq.

“TELEFONUNUZ PEYK AXTARIRSA...”

GPS mülki məqsədlərlə geniş tətbiq olunur, buraya naviqasiyadan tutmuş, bank tranzaksiyalarında vaxtın qeyd olunması daxildir. Hava Qüvvələri dünyada 4 milyard adamın bu sistemdən istifadə etdiyini bildirir.

GPS III digər ölkələrin naviqasiya peyklərinə, məsələn, Avropa Birliyinin Galileo sisteminə uyğun yeni mülki siqnal da təmin edəcək. Bu o deməkdir ki, yeni siqnalı qəbul edə bilənlər daha çox peykə qoşula biləcəklər və bu, dəqiqliyi təkmilləşdirəcək.

“Telefonunuz peyk axtarırsa, daha çox peyk görəndə onun harada olduğunu da daha yaxşı biləcək”, – Lockheed Martinin sözçüsü Chip Eschenfelder deyib.

Mövcud GPS ölçmələrinin dəqiqliyi, şəraitdən asılı olaraq 3-10 metrdir. Bunu Inside GNSS vebsaytının qurucusu və keçmiş redaktoru Glen Gibbons deyir. Ancaq yeni peyklər mülki qəbuledicilərin 1-3 metrlik məsafədə dəqiqliyini təmin edəcək, hərbi qəbuledicilərdə isə daha yaxın məsafədən söhbət gedir.

İlk 10 peykin hərəsi 577 milyon dollara başa gələcək. Bu, inflyasiyaya uyğun olaraq 2008-ci ildə aparılmış dəyərləndirmədən 6 faiz çoxdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG