Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:38

Pxenyan xəbərdarlıq edir


Pxenyan, 4 dekabr, 2018-ci il

Şimali Koreya Birləşmiş Ştatlara xəbərdarlıq edib ki, sanksiyalardan davamlı istifadəsi “Koreya yarımadasının nüvə silahlarından həmişəlik təmizlənməsinə gedən yolu bağlayır”.

Pxenyan dekabrın 16-da axşam yaydığı bəyanatda ABŞ rəsmilərinin yeni sanksiyalar tətbiq etməsində “gizli motiv” olduğunu deyərək iddia edib ki, Vaşinqton əlaqələri “ötənilki statusa” qaytarmağa çalışır.

Bu il ABŞ Prezidenti Donald Trump Şimali koreyalı həmkarı Kim Jong Un-la Sinqapurda görüşüb. Onlar nüvəzisləşdirməyə dair qarışıq mətnli bəyannamə imzalasalar da, o vaxtdan bu yöndə elə bir irəliləyiş əldə olunmayıb.

Vaşinqton bildirir ki, Şimali Koreya “nüvə silahlarından tamamilə azad olunana qədər” sanksiyaları qüvvədə saxlayacaq.

Pxenyan isə ABŞ və BMT-nin sanksiyalarından möhlət istəyir.

ABŞ Xəzinədarlığı dekabrın 10-da Şimali Koreyanın daha üç rəsmisinə yeni sanksiyalar tətbiq edib. Onların içində Kimin yaxın köməkçisi də var.

XS
SM
MD
LG