Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 11:04

Səudiyyə Senatın qətnamələrini pisləyir


Ər-Riyadda əsas yolda ABŞ və Səudiyyənin dövlət bayraqları

Səudiyyə Ərəbistanı ABŞ Senatının ötən həftə qəbul etdiyi iki qətnaməni rədd edib. Qətnamələrdən biri Birləşmiş Ştatları Səudiyyənin Yəməndəki müharibəyə dəstəyini dayandırmağa çağırır, digəri isə jurnalist Jamal Khashoggi-nin qətlinə görə məsuliyyəti birbaşa vəliəhd şahzadənin üzərinə qoyurdu.

Krallıq ABŞ Senatının həqiqi olmayan iddialara söykənən son mövqeyini pisləyir, daxili işlərinə hər hansı müdaxiləni qətiyyətlə rədd edir”, – Səudiyyənin Xarici İşlər Nazirliyi dekabrın 16-da bildirib.

Dekabrın 13-də Senat Birləşmiş Ştatların ər-Riyadın Yəməndəki müharibəsinə hərbi yardımı kəsməyə çağırıb və bu addım Prezident Donald Trump-ın qınanması kimi qəbul olunub.

Çoxları Yəməndəki müharibəni Səudiyyə və İranın savaşı sayır.

Səudiyyə rejiminin tənqidçisi olan Khashoggi oktyabrın 2-də İstanbuldakı konsulluqda qətlə yetirilib. Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat Agentliyi bildirib ki, bu qətldə vəliəhd şahzadənin əli olmasına dair əlində sübut var. Şahzadə isə iddiaları rədd edir.

XS
SM
MD
LG