Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:35

Kosovo deputatları ordu yaradılmasını təsdiqləyir


Əasən serblərin yaşadığı Mitrovitsa şəhərində fəhlələr Serbiya bayraqlarını sancır, Kosovo, 14 dekabr, 2018-ci il
Əasən serblərin yaşadığı Mitrovitsa şəhərində fəhlələr Serbiya bayraqlarını sancır, Kosovo, 14 dekabr, 2018-ci il

Kosovo deputatları ölkənin mükəmməl ordusunun yaradılmasını nəzərdə tutan qanunvericilik qəbul ediblər. Bu addım hələ ideya formasında ikən ədavətli münasibətləri olan Serbiyayla gərginliyi artırmışdı.

Kosovonun yüngül silahlanmış, fövqəladə hallar üçün nəzərdə tutulmuş qüvvəsi var. Deputatların dekabrın 14-də qəbul etdiyi sənəd bu qrupun peşəkar orduya çevrilməsini nəzərdə tutur.

Ölkənin 120 min nəfərlik etnik serb azlığını təmsil edən deputatlardan başqa bütün partiyaların təmsilçiləri qanunu dəstəkləyib. Serb deputatlar parlamentin iclasını tərk ediblər.

Birləşmiş Ştatlar Kosovonun addımını dəstəkləyib, ona qarşı çıxanları isə bu prosesin “çox illər” çəkəcəyini deməklə sakitləşdirməyə çalışıb.

Kosovo parlamenti
Kosovo parlamenti

ABŞ-ın Priştinadakı səfiri Philip Kosnett deyib ki, “suveren və müstəqil ölkə kimi Kosovonun özünümüdafiə qabiliyyətinin olması təbiidir”.

“MÜHARİBƏ TƏBİLİ ÇALMIRIQ”

Rəsmilər mövcud Kosovo Təhlükəsizlik Qüvvəsinin (KSF) əsl orduya çevrilməsi üçün on ilədək zaman gərəkdiyini bildirirlər.

Ancaq NATO-nun Baş katibi Jens Stoltenberg Kosovonun planının “pis zamanlandığını”, “bir çox NATO müttəfiqlərinin məsləhətinə qarşı olduğunu” bildirib.

Belqrad və Kosovonun etnik serbləri ordunun yaranmasına qarşı çıxır, bu addımın BMT-nin qətnamələrini pozduğunu, serb azlığa qarşı istifadə oluna biləcəyini deyirlər. Priştina rəsmiləri isə bu iddianı rədd edirlər.

Serbiyanın millətçi qəzetləri ordu məsələsinin yeni münaqişəyə səbəb ola biləcəyini vurğulayırlar. Gündəlik çıxan “Informer” qəzeti yazıb ki, “Kosovo ilə müharibə dekabrın 15-də başlanacaq”, yəni parlament səsverməsindən bir gün sonra.

Serbiya rəsmiləri müharibə ehtimalını rədd ediblər. Serbiya Prezidenti Aleksandar Vucic dekabrın 13-də deyib ki, Kosovo qərarına irəli aparsa, “durum əməllicə pisləşəcək”.

“Müharibə təbili çalmırıq, amma heç kəsə Kosovo serblərini təqib etməyə, alçaltmağa imkan verməyəcəyik”, – Vucic deyib.

Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. 110 ölkə Kosovonun müstəqilliyini tanıyıb, amma Serbiya bundan imtina edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG