Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:22

Rusiya Pravoslav Kilsəsi Ukraynaya görə kömək istəyir


Ukraynada dini mərasim, 14 dekabr, 2018-ci il
Ukraynada dini mərasim, 14 dekabr, 2018-ci il

Rusiya Pravoslav Kilsəsi beynəlxalq liderləri Ukraynadakı ardıcıllarını Moskvanın təyin etdiyi ruhanilərin “rəsmi təzyiqindən” qorumağa çağırıb.

Dekabrın 14-də yaydığı bəyanatda kilsə bildirib ki, Patriarx Kirill BMT-nin Baş katibi Antonio Guterresə, ATƏT-in baş katibi Thomas Gremingerə, Almaniya kansleri Angela Merkelə, Fransa Prezidenti Emmanuel Macron-a, Papa Francis-ə və digər ruhani liderlərə məktub göndərib, onları Ukraynadakı dindarları və onların inancını qorumağa çağırıb.

“Ukraynanın dünyəvi dövlətinin liderlərinin kilsə işlərinə müdaxiləsi son vaxtlar Ukrayna Pravoslav Kilsəsinin yepiskop və keşişlərinə hədsiz təzyiq forması alıb və bunu hərtərəfli təqibin başlanğıcı kimi xarakterizə etmək olar”, – Patriarx Kirill bəyanatda deyir.

UKRAYNA PRAVOSLAV İCMALARI BİR ARAYA GƏLİR

Sabah – dekabrın 15-də Ukraynadakı pravoslav xristian icmalarının aparıcı fiqurları Kiyevdə bir araya gələcək, yeni, vahid, müstəqil Ukrayna Pravoslav Kilsəsi yaradaraq onun liderini seçməyi müzakirə edəcəklər.

Rusiya Prezidenti Vladimir Putin və Patriarx Kirill (solda)
Rusiya Prezidenti Vladimir Putin və Patriarx Kirill (solda)

Bu görüş illərdir Ukraynada Moskvadan müstəqil kilsə yaratmaq cəhdlərində vacib addım ola bilər.

Kiyev Partiarxlığının Ukrayna Pravoslav Kilsəsi dekabrın 13-də bildirib ki, Konstantinopol Patriarxı Varfolomey yanvarın 6-da Ukrayna Pravoslav Kilsəsinin gələcək liderinə Tomos, yəni avtokefallıq, müstəqillik dərəcəsi verəcək

Hazırda Ukraynada üç əsas pravoslav kilsəsi var: Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsi Sovet İttifaqı dağılandan Rusiyanın tabeliyindədir. Kiyev Partiarxlığının Ukrayna Pravoslav Kilsəsi və hələ 1917-ci ildə yaradılmış Ukrayna avtokefal, yəni müstəqil kilsəsi.

Oktyabrda Konstantinopol patriarxı Varfolomey (Bartholomew) Ukraynanın avtokefal kilsəsini tanıyıb.

Bu qərardan bir neçə gün sonra isə Rusiya Pravoslav Kilsəsi İstanbul Patriarxlığı ilə münasibətlərini kəsdiyini elan elədi.

Bütün bunlar Kiyevlə Moskva arasında gərginliyi daya da artırıb. Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən, Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayandan sonra Qərb Moskvaya sanksiyalar tətbiq edib.

Moskva Patriarxlığı təmsilçilərinin 15 dekabr toplantısına qatılmayacağını bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG