Keçid linkləri

Təcili xəbərlər
2019, 20 İyun, Cümə axşamı, Bakı vaxtı 21:11

Yeddi yaşlı miqrant qız ölüb


ABŞ (solda) - Meksika sərhədi

Qvatemaladan olan yeddi yaşlı qız Amerikada vəfat edib. Onu Nyu Meksikada ABŞ sərhəd polisi saxlamışdı. Xəbəri dekabrın 13-də “The Washington Post” yayıb.

Qız atası və bir qrup miqrantla birlikdə Meksikayla sərhədi qanunsuz keçmişdi. Qəzet ABŞ Gömrük və Sərhəd Mühafizəsinə istinadla yazır ki, o, “susuzluqdan və sarsıntıdan” dünyasını dəyişib.

Qızın “bir neçə gün yemədiyi, su içmədiyi xəbər verilir”.

Uşağı özünə gətirsələr də, o, xəstəxanaya aparılandan sonra dünyasını dəyişib.

Xidmət sözçüsü Andrew Meehan bəyanatında deyib ki, “sərhəd keşikçiləri qızın həyatını xilas etməkdən ötrü mümkün olanı ediblər”.

ABŞ Prezidenti Donald Trump immiqrasiyaya qarşı sərt mövqe tutur, cənubda Meksikayla sərhədə hasar çəkəcəyəni deyir.

Tənqidçiləri onu siyasi qazanc naminə miqrantları qaralamaqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG