Keçid linkləri

Təcili xəbərlər
2019, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 20:47

ABŞ iranlı fəalın həbsdə ölməsini pisləyir


Vahid Sayadi Nasiri

Birləşmiş Ştatlar İranda məhbəsdə aclıq edən siyasi fəalın ölümünü pisləyib. Vahid Sayadi Nasiri sosial mediada yazdığı mesajlara görə saxlanıb.

Dekabrın 13-də Dövlət departamenti sözçüsünün köməkçisi Robert Palladino deyib ki, dekabrın 12-də dünyasını dəyişmiş fəalı İran hakimiyyəti “qanunsuz saxlayıb”.

Bəyanatda Nasirinin hüquqi xidmətə çıxışı olmadığı, qeyri-insani şəkildə saxlandığı, saxta milli təhlükəsizlik ittihamıyla suçlandığı bildirilir. Ona ittihamlardan biri “Ali dini lideri təhqir etmək” olub.

Nasirinin bacısı Elaheh AzadlıqRadiosu-na deyib ki, hakimiyyət qardaşının Qum şəhərində xəstəxanada dünyasını dəyişdiyini bildirib. ƏTRAFLI

Günün bütün mövzuları

XS
SM
MD
LG