Keçid linkləri

2025, 28 Aprel, Bazar ertəsi, Bakı vaxtı 03:33

Senat Azərbaycana səfiri təsdiqləyib


Earle D. Litzenberger
Earle D. Litzenberger

ABŞ Senatı Earle D.Litzenberger-in Azərbaycana səfir postuna namizədliyini təsdiqləyib. Onu bu vəzifəyə Prezident Donald Trump irəli sürmüşdü.

İndiyədək Litzenberg Birləşmiş Ştatların Serbiyada, Qırğızıstandakı səfirliklərində, eləcə də ABŞ-ın NATO missiyasında çalışıb.

O, hazırda Dövlət departamentində hərbi-siyasi məsələlər üzrə büroda aparıcı məsləhətçidir.

Yeni səfirin fransız, rus, serb-xorvat və bolqar dillərini bildiyi xəbər verilir.

ABŞ-ın əvvəlki səfiri Robert Cekuta bu ilin mayında diplomatik missiyasını başa vurub.

XS
SM
MD
LG