Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 13:01

İrlandiyada abortlara icazə verən qanun qəbul olunub


25 may referendumunda səs verən hamilə qadın

İrlandiya parlamenti abortlara icazə verən qanunvericiliyi qəbul edib. Mayda əsasən katoliklərin yaşadığı bu ölkədə keçirilən referendumda məsələ dəstəklənmişdi.

Dekabrın 13-də qəbul olunmuş qanun imzalanmaz üçün Prezident Michael Higgins-ə göndəriləcək.

İxtisasca həkim olan Baş nazir Leo Varadkar bu addımı “tarixi an” adlandırıb.

26 may referendumunda seçicilərin 66 faizi abortlara konstitusiya qadağasının ləğvinə, 33 faizi əleyhinə səs vermişdi.

Qanunvericilik hamiləliyin 12 həftəsinədək, yaxud qadının səhhətinə ciddi risk olanda abortlara icazə verir.

1980-ci ildən bəri 170 minədək irland qadın aborta qonşu Britaniyaya gedib.

Amnesty International hüquq-müdafiə təşkilatının İrlandiya üzrə rəhbəri Colm O’Gorman qanun layihəsinin qəbulunu alqışlayıb.

Qadınlar bunu 35 il gözləyiblər, insan haqlarının gündəlik pozulmasına son qoyulmalıdır”, – o deyib.

Bu dəyişiklikdən sonra Malta abortun tam qadağan olunduğu yeganə ölkə olaraq qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG